Ölkə

Azərbaycanda altı aylıq körpə öldü - Həkim səhlənkarlığı?

31 Yanvar 2020 11:39
6 Şərh     Baxış: 2 251
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda altı aylıq körpə ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, ötən il iyul ayında anadan olan Cavadov Sübhan Niyaməddin oğlu yanvarın 27-də valideynləri tərəfindən onda yaranmış "qəbizlik" və "qusma" şikayətləri ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Yoluxucu şöbəsinə müraciət edib.

Uşağa həkim tərəfindən ilkin tibbi yardım göstərilib və evə buraxılıb.

Yanvarın 29-da uşaq həmin şikayətlərlə yenidən xəstəxanaya aparılıb. İlkin müayinələr zamanı S.Cavadova "bağırsaq keçməzliyi" diaqnozu qoyulub və təcili Bakıda yerləşən xəstəxanalardan birinə aparılması məsləhət görülüb.

Altı aylıq körpə Bakıya gətirilərkən yolda ölüb.

Uşağın atası Niyaməddin Cavadov övladının həkim səhlənkarlığı nəticəsində öldüyünü iddia edərək, bununla bağlı hüquq-mühafizə orqanlarına şikayət edib.

Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda araşdırma başlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.