Ölkə

Bakıda baş redaktorun evi qarət olundu

27 Yanvar 2020 13:22
1 Şərh     Baxış: 5 664

"Sportinfo.az" saytının baş redaktoru İlkin Vaqifoğlunun evi qarət olunub.

Milli.Az xəbər verir ki, bu barədə qaynarinfo-ya onun özü məlumat verib. O bildirib ki, hadisə yanvarın 26-da səhərə yaxın baş verib:

"Biz Xırdalanın mərkəzində yaşayırıq. Oğrular dəstə halında olub. Onlar təxminən səhər saat 5:10-da evə daxil olublar. Bacım üçün cehizlik alınmışdı. Oğrular nə alınıbsa, hamısını aparıblar. Ümumilikdə hardasa 5 min manatlıq əşya oğurlanıb".

İlkin Vaqifoğlu məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin "102" xidmətinə məlumat verildiyini vurğulayıb:

"Abşeron Rayon Polis Şöbəsinin əmkadaşları hadisə yerinə gəlib. Artıq hadisə ilə bağlı təhqiqata başlanılıb".

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Təcrübəli · 27 Yanvar 13:3101

    Xırdalanın mərkəzkə , ucqar yerlə əlaqesi yoxdu. Kənd kimi yerdida.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.