Ölkə

Vilayət Eyvazov rəisə yeni vəzifə verdi

24 Yanvar 2020 12:04
Baxış: 4 734
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov kadr təyinatı ilə bağlı yeni əmr imzalayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, nazirin əmri ilə Gəncə ŞBPİ Cinayət Axtarış idarəsinin rəisi, polis polkovnik-leytenantı Aslanov Çingiz Rauf oğlu vəzifəsindən azad edilərək Gəncə ŞBPİ-nin Əməliyyat işləri üzrə rəis müavini təyin olunub.

O, daha əvvəl isə Sumqayıt Şəhər Polis idarəsinin Cinayət Axtarışı şöbəsinin rəis müavini olub.

Qeyd edək ki, Gəncə ŞBPİ-nin bundan öncəki rəis müavini Müqabil Abdıyev nazirin əmri ilə Göygöl rayon polis şöbəsinə rəis təyin olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.