Hədə-qorxu gəlib sənədinə güvənənlər həbs oluna bilər - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bəzi insanlar mübahisə zəminində qarşı tərəfə hədə-qorxu gələndə, əllərində olan psixi xəstəlik haqqında arayışa güvənirlər. Belə olduqda sual yaranır, cəmiyyət üçün təhlükəli ola biləcək şəxslər necə rahatlıqla insanlar arasında sərbəst dolaşa və ağıl işlədərək bu sənədi hədə vasitəsi kimi istifadə edə bilir?
Milli.Az xəbər verir ki, ARB TV-nin "Günə doğru" verilişində bu məsələ ilə bağlı maraqlı sujet hazırlanıb.
Kadrlardan gördüyünüz binada 100-dən çox psixi problemdən əziyyət çəkən insan stasionar müalicə alır. Bura bəziləri könüllü, digərləri isə məhkəmənin qərarı ilə gətirilir. Daha şiddətliləri izə aidiyyətı üzrə digər xəstəxanalara göndərilir.
Quba rayonunda yerləşən Quba Rayonlararası Psixonevraloji Mərkəzdə xəstələr müəyyən müddət müalicə aldıqdan sonra bəzən evə buraxılır. Lakin bu proses hər zaman rahatlıqla reallaşmır. Belə ki, bəzi ailələr xəstədən imtina edir və onun xətəxanada qalmasını tələb edir. Belə olduqda müalicə uzun müddət davam edir.
Nəriman Qurbanov - Quba rayon Mərkəzi Xəstəxanasının Rayonlararası Psixonevroloji Mərkəzin Baş həkimi: "Xəstəliyin gedişatından asılı olaraq 21 gündən 3 ay, 5 ay , 6 aya, bəzən bir ilə qədər onların müalicəsi uzana bilir. Burada müalicə aldıqdan sonra xəstə evə göndərilir və rayon üzrə psixiatrik kabinetin ambulator müşahidəsinə göndərilir".
Daha ağır, ətrafdakı insanlara təhlükə yarada biləcək xəstələr isə müalicə üçün ruhi əsəb dispanserinə göndərilir. Onlar xüsusi nəzarət altında öz mülaicələrini almaqla həyatlarının bir hissəsini orada keçirməli olurlar.
Ağakərim Muradxanov - Psixiatr, Narkoloq: "Doğrudur burada hər bir şərait var. İnsan hüquqları müdafiə olunur, insanlar müdafiə olunur, ancaq belə xəstələr cəmiyyət üçün həmişə təhükədir. Ona görə də onlar xüsusi yaranmış psixatrik klinikalarda saxlanılır və ətraf mühitə buraxılmr".
Ruhi əsəb xəstələrinə nəzarət edən ailə üzvləri bilməlidir ki, hər hansı bir neqativ hal aşkar edildikdə sahə üzrə nəzarətçi həkimə mütləq məlumat verilməlidir. Eyni zamanda belə xəstələrin ardıcıl müəlicəsinə nəzarət olunmalıdır. Əks təqdirdə baş verə biləcək xoşagəlməz hadisələrə görə xəstənin ətrafındakı insanlar da məsuliyyətə cəlb oluna bilər.
Ağakərim Muradxanov - Psixiatr, Narkoloq: "Bunlar əvvəldən bunu müraciət etməlidirlər psixatrik klinikalara və sahə müvəkkilərinə hansı rayonda yaşayırlarsa ki, bu insan ətraf mühit üçün mütamadi olaraq təhlükəlidir, ətraf mühitə zərər verir. Yəni bu insanın təmasda , ünsiyyətdə normal həyat tərzi yoxdur".
Cinayət hadisəsi törədilərkən təqsirləndirilən şəxsin anlaqlı olub olmaması xüsusi üsullarla müəyyən edilir. Anlaqsız durum aşkar edilərsə o, ruhi əsəb xəstəxanasında xüsusi nəzarət altında müalicəsini davam etdirir. Yəni əlindəki sənədlə hədə qorxu gələn şəxslər bilməlidir ki, istənilən halda cinayət törətmiş insan azadlığından məhrum olur.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
“Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək” layihəsi çərçivəsində BDU tələbələri ilə görüş keçirilib - (Video/Foto)
-
İctimai iaşə müəssisələrində sağlamlaşdırma tədbirləri davam edir
-
Gəncədə Çukurova Dövlət Simfonik Orkestri və Niyazi adına Dövlət Simfonik Orkestrinin birgə konserti keçirilib - (Foto)
-
“Sənaye platformaları və azad iqtisadi zonalar: Azərbaycan regional istehsal mərkəzi kimi” mövzusunda panel sessiya keçirilib - (Foto)
-
Ovni Muradov nazir təyin edildi
-
İdmançı Əmrah Nağıyev həbs edildi
XƏBƏR LENTİ
-
"Tələsməyə ehtiyac yoxdur"
-
“Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək” layihəsi çərçivəsində BDU tələbələri ilə görüş keçirilib - (Video/Foto)
-
İctimai iaşə müəssisələrində sağlamlaşdırma tədbirləri davam edir
-
Trampdan jurnalistlərlə bağlı yeni qərar
-
"Formula-1": Sıralama turunda qalibin adı bəlli oldu - Yenilənib
-
Gəncədə Çukurova Dövlət Simfonik Orkestri və Niyazi adına Dövlət Simfonik Orkestrinin birgə konserti keçirilib - (Foto)
-
Günəşdə güclü partlayış gözlənilir - Maqnit qasırğası olacaq
-
Rusiya Ermənistana qaz tədarükünü bərpa etdi
-
“Sənaye platformaları və azad iqtisadi zonalar: Azərbaycan regional istehsal mərkəzi kimi” mövzusunda panel sessiya keçirilib - (Foto)
-
“Xankəndi” klubu baş məşqçisi ilə yollarını ayırdı
-
"Formula 2" üzrə birinci əsas yarışın qalibi mükafatlandırıldı
-
Ekrandakı “n” işarəsi nə deməkdir? - Cavabı sizi təəccübləndirə bilər
-
Ovni Muradov nazir təyin edildi
-
İdmançı Əmrah Nağıyev həbs edildi
-
Prezidentin "general-leytenant" rütbəsi verdiyi Allahverən İsmayılov kimdir? - Dosye
-
Prezident İlham Əliyev Türkmənistan Prezidentini təbrik edib
-
Azərbaycan XİN Gürcüstan Patriarxlığının Kürmük məbədi ilə bağlı açıqlamasını qəbuledilməz hesab edir
-
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları təltif ediliblər
-
Allahverən İsmayılova “general-leytenant” ali hərbi rütbəsi verilib
-
"Formula 2": Birinci əsas yarışın qalibi bəllidir - Yenilənib
-
Ət qiymətləri ilə bağlı nazirdən açıqlama
-
Zərifə Nəcəfova vəfat etdi
-
İşimizi şansa buraxmayaq! Avtomobilinizin şassi nömrəsini (VIN) yoxlamaq təhlükəsizliyiniz üçün niyə vacibdir?
-
Zidan Arda Güler və Bellinqem arasında seçimini etdi





