Ölkə

Azərbaycanda yeni yonca növü aşkarlandı - Qafqazda ilk

22 Yanvar 2020 20:14
252 Şərh     Baxış: 3 149
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutu Qafqaz üçün yeni üçyarpaq yonca növü (Trifolium patens Schreb. - əyilən üçyarpaq yonca) aşkar edib.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə AMEA Biologiya və Tibb Elmləri Bölməsindən məlumat verilib.

Bölmədən bildirilib ki, Qafqazda ilk dəfə olaraq, Azərbaycanda aşkarlanan yeni yonca qiymətli yem və dərman bitkisidir.

Yeni üçyarpaq yonca növü Azərbaycanın Lerik, Lənkəran rayonlarında, Qazax-Ağstafa zonasında Eldar şamı Dövlət Təbiət Qoruğunun ərazisində yayılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.