Ölkə

Vilayət Eyvazov Kamran Əliyevi əvvəlki vəzifəsinə qaytardı - FOTO

17 Yanvar 2020 17:11
0 Şərh     Baxış: 6 028
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində kadr dəyişikliyi olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Daxili işlər naziri Vilayət Eyvazovun əmri ilə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev tutduğu vəzifədən azad edilərək Kadrlar İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

BDYPİ-nin Yol patrul xidməti şöbəsinin rəisi Kamran Əliyev isə İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi təyin edilib.

Kamran Əliyev Trend-ə faktı təsdiqləyib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.