Ölkə

Azərbaycanda ən çox rast gəlinən psixi pozuntuların adları açıqlanıb

17 Yanvar 2020 16:41
6 Şərh     Baxış: 1 250

Azərbaycanda ən çox rast gəlinən psixi pozuntuların adları açıqlanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Psixi Sağlamlıq Mərkəzinin direktoru Fuad İsmayılov deyib ki, digər ölkələrdə olduğu kimi Azərbaycanda da ən çox müşahidə edilən psixi xəstəliklərin siyahısında ilk yerdə depressiya, təşviş pozuntuları, stress və ya adaptasiya pozuntuları dayanır.

Onun sözlərinə görə, psixi xəstəlikdən əziyyət çəkənlərin qeydiyyatını aparmaq mümkün deyil: "Biz psixi xəstələri qeydiyyata salmırıq, çünki bu Konstitusiyamıza ziddir. Mərkəzdə müraciət edən xəstələrin statistikası toplanır. Amma onların qeydiyyatını aparmaq düzgün deyil".

F.İsmayılov psixi xəstələrin stiqmalarının olduğunu da söyləyib: "Onlar psixi xəstəliklərin müalicəsi üçün müraciət edəcəyi tədqirdə bunun onların sonrakı fəaliyyətinə mənfi təsir edəcəyini düşünürlər. Amma buna baxmayaraq, əvvəlki illərlə müqayisədə belə xəstəliklərin müalicəsi üçün müraciət edənlərin sayı artıb. Bu da müsbət haldır".

Milli.Az

loading...

Şərh yaz:

6 Şərh:

  • Anonim
    Men · 17 Yanvar 19:3220

    Mende psixi pozuntu lap yuxarı hedde çatıb Ne lifte mine bilirem nede samalyota Qapı baglı qalsa deli olaram Qapalı yerde qala bilmirem Ne qeder hekimler gezdim xeyri olmadı Eger bir bilen varsa yazsın mene ne kömek eder belke yaxşı bir hekim

    Cavab yaz
    • Anonim
      * · 17 Yanvar 21:0330

      Allah şəfa versin.Bir dostcasına məsləhət:Sevdiyiniz insanlarla vaxt keçirin, sizi narahat edən problemləri ayağınızın altına atın, sevdiyiniz işlə məşğul olmağa çalışın, qorxularınızın üstünə gedin, pozitivə yüklənin bacardığınız qədər.

      Cavab yaz
      • Anonim
        7 64 · 17 Yanvar 22:3120

        Ozunuze inaminiz olsun,dost meslehetine emel edin,inanin hekime getmeye ehtiyac qalmayacaq. Aiiah qorusun..

        Cavab yaz
    • Anonim
      Ana · 17 Yanvar 21:4911

      Zeynalova Aynur savadlı hekim əziz vicdanlı insan.

      Cavab yaz
      • Anonim
        Men · 17 Yanvar 23:2810

        Allah kömeyiniz olsun Teşekkür edirem

        Cavab yaz
  • Anonim
    Samire · 17 Yanvar 23:4730

    İnsanın özünden de çox şey asılıdır. Pis şeyleri çox üreye buraxmaq lazım deyil. Kriminal verlişlere, hüzünlü verlişlere, neqativ kinolara, baxmayın. Geşeng mahnılara qulaq asın. Şekil çekin. Acıq havada dolanın. Nese özüvuz üçün bir şey alın. Maraqlı hadiseleri yada salıb, danışıb gülün ailelikce. Allaha çoxlu dua edin ve ona inanın.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.