Ölkə

Azərbaycandan qida məhsulları daha asan ixrac olunacaq

17 Yanvar 2020 13:04
0 Şərh     Baxış: 704
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Azərbaycandan bəzi ölkələrə qida məhsulları daha asan şəkildə ixrac olunacaq".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli 2019-cu ilin yekunlarına dair hesabat konfransında deyib.

Onun sözlərinə görə, ötən il ərzində Agentlik tərəfindən 2 ölkə və 1 beynəlxalq təşkilatla əməkdaşlıq sazişi imzalanıb, 12 ölkə ilə 15 saziş layihəsi hazırlanıb. Agentlik tərəfindən hazırlanan "Qida təhlükəsizliyi", "Baytarlıq", "Bitki karantini və mühafizəsi" sahələrində əməkdaşlıq haqqında nümunəvi beynəlxalq müqavilə modeli layihələrinin 8 ölkəyə nəzərdən keçirilməsi məqsədi ilə təqdim olunması təmin edilib.

Q.Təhməzli hesab edir ki, bu istiqamətlərdə sazişlərin bağlanması respublikamızdan qida məhsullarının həmin ölkələrə asanlıqla ixrac olunmasına şərait yaradacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.