Ölkə

Pensiyaçılara XƏBƏR VAR: Yanvar ayının ödənişləri ...

15 Yanvar 2020 13:45
3 Şərh     Baxış: 11 970
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pensiyaların gecikməsilə bağlı məlumatlar həqiqətə uyğun deyil.

Milli.Az xəbər verir ki, bunu modern.az-a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov pensiyaların gecikdirilməsilə bağlı məlumatlara münasibət bildirərkən deyib.

O bildirib ki, əslində pensiya ay bitənədək qrafikə uyğun verilməlidir:

"Lakin nazirlik yanında Dövlət Sosial Müdafiə Fondu bunu ayın əvvəli və ortaları həyata keçirir. Yeni büdcə ilinin başlanması ilə əlaqədar olaraq, həmçinin yanvar ayının ilk iş günü 7 yanvara təsadüf etdiyinə görə, dərhal bu proses başlandı.

Artıq ödəmələr həyata keçirilib və pensiyaçılarımızın hesabına gün ərzində vəsait tam olaraq oturacaq".

Nazirlik rəsmisinin sözlərinə görə, bu il ötən illərlə müqayisədə yanvar ayının pensiyası daha tez ödənildi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.