Ölkə

Bakıda qadını kəndirlə bağlayıb, ağzına dəsmal tıxadılar...

14 Yanvar 2020 19:19
0 Şərh     Baxış: 2 101
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda 65 yaşlı qadın öz evində qarətə məruz qalıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, yanvarın 13-ü saat 19:00 radələrində naməlum şəxs 65 yaşlı Nərgiz Əhməd qızı Cəfərovanın evinə girib.

Cinayətkar qadının əllərini kəndirlə bağlayıb, ağzını isə əl dəsmalı ilə tıxayıb.
O, N.Cəfərovaya məxsus 500 manat dəyərində qızıl sırğalar, 120 manatlıq gümüş üzük və mobil telefonu oğurlayıb.

Ağzına dəsmal tıxanmış qadın qonşuları tərəfindən tapılıb.

Faktla bağlı rayonun 20-ci Polis Bölməsinin əməkdaşları istintaq aparır. Hələlik həbs olunanlar yoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.