Ölkə

Şəhidlər Xiyabanında 20 yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıq işlərinə başlanılıb - FOTO

14 Yanvar 2020 13:55
0 Şərh     Baxış: 1 106
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

20 yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı qəbul olunan tədbirlər planına əsasən, Şəhidlər Xiyabanında hazırlıq işlərinə başlanılıb.

Bakı Şəhər İcra Hakimiyyətindən Milli.Az-a verilən məlumata görə, faciənin ildönümü ilə əlaqədar qərənfillərdən xüsusi kompozisiyalar hazırlanır. Şəhidlər Xiyabanı və ətrafında təmizlik və abadlıq işləri aparılır. İşlər yanvarın 19-da yekunlaşacaq.

Artıq Şəhidlər Xiyabanına ziyarətçi axını da çoxalıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevin sərəncamı ilə "20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı tədbirlər planı" təsdiq edilib.

Sərəncamda paytaxt ictimaiyyətinin yanvarın 20-də Şəhidlər xiyabanına ziyarətinin təşkili, saat 12.00-da bütün ölkə ərazisində şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, respublikanın şəhər və rayonlarında, kənd və qəsəbələrində 20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümü ilə əlaqədar hüzn əlaməti olaraq dövlət bayraqlarının endirilməsi və digər tədbirlər planlaşdırılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.