Ölkə

Naxçıvan MR Vergilər Nazirliyi Dövlət Vergi Xidmətinə çevrildi

7 Yanvar 2020 17:50
0 Şərh     Baxış: 733
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan Muxtar Respublikasının bəzi mərkəzi icra hakimiyyəti orqanlarının yenidən təşkil edilməsi barədə Fərman imzalayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, fərmana əsasən Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi Dövlət Vergi Xidmətinə çevrilib.

Bununla yanaşı, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə çevrilib.

Sənədə əsasən, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yaradılmış mərkəzi icra hakimiyyəti orqanlarının əsasnamələrinin layihələrini hazırlayıb Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim etməli və bu Fərmandan irəli gələn digər məsələlər həll olunmalıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.