Ölkə

Cəbhəboyu zonada növbəti yeni hərbi hissənin açılışı olub - VİDEO - FOTO

30 Dekabr 2019 17:49
Baxış: 984
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Cəbhəboyu zonada səfərdə olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti yeni inşa edilmiş növbəti hərbi hissənin açılışında iştirak edib.

Milli.Az xəbər verir ki, Müdafiə Nazirliyinin rəhbər heyəti yeni istifadəyə verilən hərbi hissədə olaraq əsgər yeməkxanasına, əsgər yataqxanasına, silah və ideoloji otaqlara, ərzaq, meyvə- tərəvəz anbarlarına baxış keçirib.

Bildirilib ki, yeni tikilən hərbi hissədə inzibati, xidməti və iş otaqları mərkəzləşdirilmiş istilik sistemi, işıq, su, qaz və kommunikasiya xətləri, soyuducular, lazımi mebel avadanlıqları ilə tam təmin olunub. Ətrafda abadlıq işləri aparılıb, müxtəlif növ ağaclar əkilib.

Burada yaradılan şəraitlə tanışlıqdan sonra Müdafiə naziri hərbi qulluqçuların xidməti və sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görüləcək işlərlə bağlı müvafiq tapşırıqlar verib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.