Ölkə

Azərbaycan peyk xidmətlərinin ixracını artırıb

29 Dekabr 2019 09:44
0 Şərh     Baxış: 881
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2019-cu ilin yanvar-noyabr aylarında "Azərkosmos" ASC tərəfindən dünyanın 26 ölkəsinə 40,6 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın 2019-ci ilin dekabr sayında bildirilir.

"Azərkosmos" ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 89 faizini təşkil edib.

2019-cu ilin noyabr ayında isə "Azərkosmos" ASC dünyanın 19 ölkəsinə 3,1 milyon ABŞ dolları dəyərində xidmət ixrac edilib.

"Azərkosmos" ASC-nin 2019-cu ilin yanvar- noyabr aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa, ABŞ, Malayziya, Birləşmiş Krallıq, BƏƏ-dir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.