Ölkə

İnam Kərimovdan iki yeni TƏYİNAT

25 Dekabr 2019 19:44
0 Şərh     Baxış: 1 581
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kənd Təsərrüfatı Nazirliyində kadr dəyişiklikləri olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə nazir İnam Kərimov müvafiq əmr imzalayıb.

Nazirin əmrinə görə, Rəşad Əzizov Şəmkir Dövlət Aqrar İnkişaf Mərkəzinə, Emin Eyvazov isə Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzinə direktor təyin edilib.

Qeyd edək ki, ötən ay İnam Kərimovun imzaladığı əmrə əsasən, Şəmkir DAİM-in direktoru Kamil Yusibov və Tovuz DAİM-in direktoru Rəhman Qasımov nazirliyin fəaliyyət prinsiplərini kobudcasına pozduqlarına, fermerlərlə yaxınlıq, şəffaf və səmərəli idarəetmə prinsiplərinə əməl etmədiklərinə görə tutduqları vəzifədən uzaqlaşdırılıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.