Ölkə

İcra başçısı dörd vəzifəli şəxsi işdən çıxardı - YENİ TƏYİNATLAR

25 Dekabr 2019 13:59
1 Şərh     Baxış: 5 157
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı dörd vəzifəli şəxsi işdən çıxarıb.

Milli.Az unikal.org-a istinadən xəbər verir ki, icra başçısı Asif Ağayevin əmri ilə, müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Qələndərov Məhəmməd Cavad oğlu, digər müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Mirzəyeva Aytən Hidayət qızı, Böyük məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Heydərov Elnur Eldar oğlu, İnformasiya təminatı və Təhlili sektorunun müdiri Allahverdiyev Kənan Rüstəm oğlu tutduqları vəzifəsindən azad ediliblər. Hələlik Beyləqan Rayon İcra Hakimiyyətinin başçısının  müavini -Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyinat yoxdur.

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı A.Əsgərovun digər əmri ilə, Məmmədova Yeganə Kərəm qızı Başçının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, Məmmədov Tofiq Canbaxış oğlu Böyük məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi, keçmiş İnformasiya təminatı və Təhlili sektorunun müdiri Allahverdiyev Kənan Rüstəm oğlu isə həmin şöbədə məsləhətçi təyin ediliblər.

Xəbəri Beyləqan Rayon İcra Hakimiyyətindən sayta təsdiqləyiblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.