Ölkə

Azərbaycanda bu xəstəliklərin sayı artıb

19 Dekabr 2019 18:19
0 Şərh     Baxış: 1 823
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Son 10 ildə Azərbaycanda qan dövranı xəstələrinin sayı 5 faiz, tənəffüs orqanları xəstələrinin sayı 11 faiz, sinir sistemi xəstələrinin sayı 15 faiz, şəkərli diabet xəstələrinin sayı 3,7 dəfə artıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitunun direktor müavini Rəfael Daşdəmirov "Qeyri-infeksion xəstəliklərin yükü və mübarizə strategiyaları" mövzusunda bu gün keçirilən tədbirdə bildirib.

R.Daşdəmirov deyib ki, Azərbaycanda qeyri-infeksion xəstəliklərlə bağlı vəziyyət o qədər də qənaətbəxş deyil:

"Azərbaycanda xəstələnmə və ölüm hallarının artmasının səbəbləri qeyri-infeksion xəstəlikləridir.Tədqiqatların nəticəsinə görə, əhali arasında yüksək qan təzyiqi geniş yayılıb. Eləcə də artıq çəki, piylənmə halları yayılıb. Ürək-damar xəstəliklərinin artmasına əsasən yüksək təzyiq, yaş faktoru təsir edir. Kişilərdə 40 yaşından yuxarı, qadınlarda isə 50 yaşından yuxarı psixi emosional yüklənmə, irsi meyillilik, şəkərli diabet, piylənmə, tütünfən istifadə tisq faktorudur".

Direktor müavini bildirib ki, hər bir təşkilat müəssisələrdə tibbi profilaktik kabinetlər yaratmalıdır. Könüllülər arasında təlim keçirilməli, briqadalar təşkil olunmalıdır. Sağlam həyat tərzinin təbliği məqsədilə maarifləndirici tədbirlər keçirilməlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.