Ölkə

Araz Əlizadənin həkimindən açıqlama

19 Dekabr 2019 13:59
Baxış: 1 599
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Deputat Araz Əlizadənin vəziyyəti yaxşıdır. Hazırda palatada gəzir".

Milli.Az xəbər verir ki, bunu qafqazinfo-ya açıqlamasında millət vəkilini əməliyyat edən cərrah-laparoskopist Elçin Əzizov deyib. 

O qeyd edib ki, dünəndən Araz Əlizadənin böyrək çatışmazlığından əziyyət çəkdiyi haqqında məlumatlar yayılır: "Bu məlumat yanlışdır. Araz Əlizadə öd kisəsindən laparoskopik əməliyyat olunub. Çox güman ki, sabah klinikadan evə buraxılacaq".

Xatırladaq ki, deputat "Caspian İnternational Hospital"da əməliyyat olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.