Ölkə

Bakıda idarəetmədən çıxan avtomobil iki minik maşınını əzib, xəsarət alan var - VİDEO - FOTO

19 Dekabr 2019 13:04
0 Şərh     Baxış: 1 667
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakının Nərimanov rayonunda yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, avtoqəza Ziya Bünyadov prospektində qeydə alınıb.

Məlumata görə, "Lexus" markalı avtomobil prospektlə hərəkətdə olan zaman əvvəlcə "Opel" markalı avtomobilə dəyib və istiqamətini dəyişərək "Hyundai" markalı minik maşını ilə toqquşub. Nəticədə sonuncunun sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. "Lexus"un sürücüsü isə hadisə yerindən yayınıb.

Yol qəzasının təfərrüatlarını rayon polisi araşdırır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.