İnternetdə tanış olduğu oğlana görə Özbəkistandan Bakıya gələn Nərgiz olayı ilə bağlı yeni xəbər var.
"Mənə yuxu dərmanı verib cinsi əlaqədə oldu" - Evli kişinin toruna düşən Nərgiz - FOTO
Milli.Az xəbər verir ki, 7 aylıq hamilə olan Nərgiz "Səni axtrarıram"a çıxdıqdan sonra onu aldadan Anar İbrahimovun ona zəng edib barışıq təklifi etdiyini bildirib.
Dünyaya gələcək övladına xatir Nərgiz barışığa razılıq verdiyini deyib:
"Mən hamilə qalsam da, ac qalsam da, uşağın xatirinə atası ilə axşam danışıb barışdıq. Artıq anası da, atası da məni qəbul edirlər. Mənə söz verdi ki, hər şey yaxşı olacaq. Mənə, uşağa baxacaq. Rəsmi nikaha da girəcək mənlə. Həyat yoldaşı da məni qəbul edəcək, mənə elə dedi. Mən demirəm ailəsini, uşaqlarını atsın".
Özbək qızının sözləri başda Xoşqədəm olmaqla, studiyada əyləşən ekspertləri də özündən çıxarıb. Onlar Nərgizə bu "barışığın" Anarın növbəti oyunu olduğunu bildirsələr də, hamilə qadın onlara qulaq asmayaraq studiyanı tərk edib. Aparıcı Xoşqədəm Hidayətqızı Anarın veriliş zamanı Nərgizə zəng edib "Gedirəm körpünün üstünə intihar etməyə, verilişdən dərhal çıx" deyərək şantaj etdiyini bildirib.
Xatırladaq ki, Özbəkistanda tanınmış baş həkimin qızı oduğunu deyən Nərgiz, internetdə tanış olub inandığı Anar adlı şəxs tərəfindən Bakıya dəvət edilib. Nərgiz Bakıya ikinci gəlişində Anarın ona dərman verərək zorladığını iddia edib. Hazırda Nərgiz 7 aylıq hamilədir.
Qeyd edək ki, Anar ailəlidir, iki qız övladı var.
Məhəmməd Vaqif
Milli.Az