Ölkə

Bakıda qaşıq udub polislərdən qaçan şəxsdən XƏBƏR VAR

18 Dekabr 2019 21:04
0 Şərh     Baxış: 2 889
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, Bakıda polisin saxladığı qolu qandallı şəxs xəstəxanadan qaçıb.

Milli.Az xəbər verir ki, unikal.org hadisənin təfərrüatlarını öyrənib.

Belə ki, Bərdə rayon sakini 36 yaşlı Sadıqov Elgün Şakir oğlu inzibati xəta törətdiyinə görə Xətai Rayon Məhkəməsinin qərarı ilə 20 gün müddətinə həbs olunub. Binəqədi rayonunda yerləşən inzibati qaydada həbs olunanların müvəqqəti saxlanılma yerinə göndərilərkən o, Xətai Rayon Polis İdarəsinin müvəqqəti saxlama otağına aparılıb. E.Sadıqov burada çay qaşığını udub. Dərhal E.Sadıqov 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. Polis nəzarəti ilə o, həkimlərə təhvil verilib. Əməliyyat olunmazdan qabaq mobil telefonla ailə üzvlərinə zəng etmək məqsədi ilə o, xəstəxananın 2-ci mərtəbəsindəki əlavə çıxışdan qaçaraq, xətəxananı tərk etməyə cəhd göstərib. Bu zaman ərazidə olan polis əməkdaşları tərəfindən E.Sadıqov saxlanılaraq, yenidən həkimlərə təhvil verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.