Ölkə

Gəncədə daha bir qəza: avtomobil aşdı - FOTO

18 Dekabr 2019 10:49
0 Şərh     Baxış: 974
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Bağman yaşayış massivində ("Totanlı" adlanan ərazi) qeydə alınıb.

Hərəkətdə olan minik maşını idarə etmədən çıxaraq yol ayrıcına dəyib. Avtomobil zərbənin gücündən yolun kənarına aşıb. Qəza zamanı sürücü, 1992-ci il təvəllüdlü  Əliyev Elvar Vidadi oğlu xəstəxanaya yerləşdirilib. Xəstəyə boyunun sınığı diaqnozu qoyulub. Vəziyyətinin ağır olması səbəbindən Gəncədə yerləşən digər xəstəxanaların birinə aparılıb. 

Faktla bağlı araşdırma başlanılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.