Ölkə

Xəstəxanadan qolu qandallı qaçdı, evə gedib yatdı - Bakıda TRAGİKOMİK HADİSƏ

17 Dekabr 2019 19:44
5 Şərh     Baxış: 2 194
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bakıda polisin saxladığı şəxs qolu qandallı xəstəxanadan qaçıb.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, Bərdə rayon sakini, 36 yaşlı Sadıqov Elgün Şakir oğlu Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

O, idarənin müvəqqəti saxlama otağına aparılıb. E.Sadıqov çay içərkən qaşığı götürərək udub. Dərhal E.Sadıqov 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. Polis nəzarəti ilə o, həkim müayinəsindən keçib. Müayinə zamanı E.Sadıqov polisin diqqətindən yayınaraq xəstəxananın 4-cü mərtəbəsindən əlində qandal pəncərəni qıraraq qaçıb.
Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı E.Sadıqov yaşadığı ünvanda aşkarlanıb. Məlum olub ki, saxlanılan şəxs yaşadığı evə gedərək orada yatıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.