Ölkə

"Bakıda havanın temperaturu iqlim normasından yüksəkdir"

17 Dekabr 2019 17:24
1 Şərh     Baxış: 1 828
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Hazırda Bakıda havanın temperaturu iqlim normasından 3 dərəcə yüksəkdir".

Milli.Az xəbər verir ki, bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib. 

O bildirib ki, temperaturun ötən günlərlə müqayisədə tədricən yüksələcəyi, Bakıda və Abşeron yarımadasında 12-16°, Mərkəzi Aran rayonlarında 13-18°, dağlıq rayonlarda 8-13° isti olacağı gözlənilir:  "Yaxın 3 gün ərzində ölkə ərazisində hava şəraitinin nisbətən sabit olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyinin sürəti ayrı-ayrı yerlərdə arabir 15-18 m/s olacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.