Ölkə

Bacısının azyaşlı qızına təcavüz edən şəxslə bağlı YENİ QƏRAR

16 Dekabr 2019 18:14
4 Şərh     Baxış: 4 173
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ali Məhkəmədə seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilən R.M. barəsində olan hökmdən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 

Qərara əsasən, iş baxılması üçün yenidən apellyasiya instansiya məhkəməsinə göndərilib. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.M. səkkiz il, altı ay azadlıqdan məhrum edilib.

İttihama görə, R.M. azyaşlı bacısı qızına təcavüz edib. O, azyaşlı qızla bir neçə dəfə seksual xarakterli hərəkətlər edib.

Azyaşlının ailə üzvlərinin hüquq-mühafizə orqanlarına şikayətindən sonra R.M. həbs edilib.

İstintaq orqanı tərəfindən ona qarşı Cinayət Məcəlləsinin 150.3.3-cü (yetkinlik yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.