Ölkə

Gürcüstandan gələn avtobusda spirtli içkilər və ehtiyat hissələri aşkarlandı - FOTO

16 Dekabr 2019 13:04
0 Şərh     Baxış: 924
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, həmin ölkə vətəndaşının idarə etdiyi "Mercedez-Benz Travego 15 SHD" markalı sərnişin avtobusu saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub.

Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirsə də, nəticədə avtobusun orta yük yerində 4 ədəd 1 litrlik "Nemiroff Original", 4 ədəd 1 litrlik "Nemiroff Delikat", 19 litr "Marani" markalı və 17 litr üzərində heç bir yazısı olmayan kustar üsullarla hazırlanan müxtəlif qablaşdırmada spirtli içkilər, həmçinin 23 ədəd müxtəlif markalı işlənmiş avtoehtiyat hissəsi aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.