Ölkə

Qusarda daha bir zəhərlənmə - Bu dəfə “Rollton”dan

16 Dekabr 2019 12:14
6 Şərh     Baxış: 3 141
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gecə Qusar rayonunda daha bir ailəvi zəhərlənmə hadisəsi baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, dekabrın 15-i saat 22 radələrində Qusar şəhər sakinləri, 1972-ci il təvəllüdlü Zaryat Mövlanova, onun 12 yaşlı oğlu Zamir və onlara qonaq gəlmiş, 1967-ci il təvəllüdlü Xəyalə Nuraliyeva evdə yedikləri "Rollton" supundan zəhərləniblər.

Zəhərlənən şəxslər dekabrın 16-ı gecə saat 01 radələrində xəstəxanaya müraciət ediblər, hazırda vəziyyətləri yaxşıdır. Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.