Ağdamda fərdi yaşayış evində yanğın olub, bir ailənin 4 üzvü zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Mahrızlı kəndində qeydə alınıb.
Hadisə yerinə FHN-in yanğından mühafizə bölməsi çağırılıb. Yanğınsöndürənlər alovu söndürərək qonşu evlərə keçməsinin qarşısını alıb. Yanğın zamanı 17 yaşlı Məmmədova Arzu, 40 yaşlı Məmmədova Səkinə, 44 yaşlı Məmmədova Aygün və 2002-ci il təvəlludlü Məmmədov Rauf tüstüdən zəhərlənib.
Hadisə yerinə çağırılan Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları zəhərlənən ailə üzvlərini Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırıb.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az