Ölkə

Azərbaycanda əhalinin təbii artımı azalır - Artım ötən il ən aşağı səviyyəyə endi

6 Dekabr 2019 11:24
3 Şərh     Baxış: 1 307

Azərbaycanda əhalinin sayının artmasına baxmayaraq, son illər ərzində təbii artım əmsalı getdikcə azalır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu ilin əvvəlinə olan statistikaya əsasən ölkə əhalisinin sayı 9 milyon 981 min 500 nəfərə çatıb.

Lakin buna baxmayaraq, Azərbaycanda əhalinin artım tempi əvvəlki dövrlərlə müqayisədə azalıb. Təbii artım göstəricisinin dəyişməsi tendensiyası ildən-ilə azalmağa doğru müşahidə edilir. 2018-ci ildə qeydə alınan təbii artım əmsalı isə son 28 ilin ən aşağı göstəricisi olub.

Son 28 ildə Azərbaycanda əhalinin ən yüksək təbii artım əmsalı 1990-cı ildə qeydə alınıb. Həmin ildə Azərbaycanda əhalinin təbii artım sayı 140 170 nəfər olub.

2014-cü ildə Azərbaycanda əhalinin artım əmsalı 12,2-ə (əhali sayı 114 855 nəfər artıb), 2015-ci ildə 11,7-ə (111 513 nəfər), 2016-cı ildə 10,6-a (102 816 nəfər), 2017-ci ildə 8,9-a (86 932 nəfər), 2018-ci ildə 8,4-ə (81 732 nəfər) enib.

Əhalinin hər 1000 nəfərinə düşən təbii artım əmsalı isə 1990-cı ildəki 19,8 göstəricisindən 2017-ci ildə 8,9-a, 2018-ci ildə 8,4-ə enib.

Qeyd edək ki, BMT-nin orta ssenari proqnozuna əsasən, Azərbaycan əhalisinin ümumi artımı növbəti illərdə davam edəcək və 2030-cu ildə 10,7 milyon nəfərə çatacaq. Əhalinin yaş strukturu üzrə proqnozlar əsasında müəyyən olunub ki, növbəti illərdə təbii artım nisbətən azalacaq və bu, 15 yaşadək olanların xüsusi çəkisinin 2025-ci ildən sonra aşağı düşməsi ilə nəticələnəcək.

Mİlli.Az

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Elshan · 6 Dekabr 2019 11:5720

    Ev meselesi, derdi olan dovrde artim olar????

    Cavab yaz
  • Anonim
    Tamilla x. · 6 Dekabr 2019 12:2140

    Bu yaxınlarda 14 uşaq olan ailə haqqında məqalə oxudum.2 otağlı evdə yaşayırlar.Əgər belə ailə evlə təmin olunmursa hansı artımdan söz gedə bilər?

    Cavab yaz
    • Anonim
      Kami · 6 Dekabr 2019 13:2320

      Bu artiq aile deyil, usaq baqcasidir. Amma, haqlisiniz, usaq baqcasinin da bir siqinacaq yeri olmalidir

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.