Ölkə

Rəisin qardaşı Xəzərdə faciəvi şəkildə həlak oldu - Meyiti axtarılır

18 Noyabr 2019 13:10
0 Şərh     Baxış: 5 148
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəzər dənizində neftçi itkin düşüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Neftçilərin Hüquqlarının Müdafiə İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı bildirib ki, Abşeron Neft-Qaz Çıxarma İdarəsinin estakadasında İlqar Şərifov adlı şəxs balıq tutarkən suya düşərək həlak olub.

Məlumata görə, İ.Şərifov SOCAR-ın Maliyyə və Uçot İdarəsinin rəisi Vüqar Şərifovun qardaşıdır.

SOCAR-ın mətbuat katibi İbrahim Əhmədov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, İlqar Şərifov onların yox, "Azgerneft" MMC-nin işçidir: "İki gün öncə Abşeron NQÇİ-də itkin düşüb, müvafiq qurumlar tərəfindən onun axtarışları davam etdirilir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.