Ölkə

Kosmik hava proqnozu meteohəssas insanlara nə vəd edir?

7 Noyabr 2019 19:17
0 Şərh     Baxış: 2 210
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumunu açıqlayıb.

Rəsədxanadan Trend-ə verilən məlumata görə, Günəş fəallığı çox aşağı səviyyədə, Günəş diski ləkəsiz olub. Bununla belə, hesabat dövründə Günəş küləyi parametrlərində ötən dövrə nisbətən güclənmə müşahidə olunub.

Məlumata görə, geomaqnit sahə, son 24 saat ərzində ümumən sakitdir olub.

Sabah və noyabrın 9-da kosmik hava proqnozuna gəlincə, Günəş fəallığının çox aşağı səviyyədə qalacağı qeyd edilir.

Proqnoz dövründə Günəş küləyi parametrlərinin də sakit rejimə uyğun qalacağı proqnozlaşdırılır.

Proqnoz dövründə (08 - 09 noyabr) geomaqnit sahədə ümumən sakitlik müşahidə olunacaq. Maqnit qasırğasının yaranması ehtimalı proqnoz dövründə 1%-dən aşağı qiymətləndirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.