Azərbaycanda yeni Milli Meşə proqramı hazırlanır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Meşələrin artırılması və mühafizəsi prioritet istiqamətlərimizdən biridir. Ölkə ərazisinin 95%-nin qazla təmin olunması hesabına meşələrə neqativ təsirlərin miqyası əhəmiyyətli dərəcədə azalıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Yeni Azərbaycan Partiyasında keçirilən mətbuat konfransında deyib.
Nazir bildirib ki, meşəyə qulluq məqsədilə tədarük olunan oduncaq, hələ ki qazlaşmayan yaşayış məntəqələrinin sakinlərinə, Təhsil, Səhiyyə müəssisələrinə, Müdafiə Nazirliyinin, Daxili və Sərhəd Qoşunlarının hərbi hissələrinə qış yanacağı (2019-cu il üzrə 62 min kubmetr) kimi verilir:
"Meşə fondunun açıq sahələri ərzaq təhlükəsizliyini təmin etmək və ərzaq bolluğu yaratmaq məqsədilə hüquqi və fiziki şəxslərə aqrobağların salınması üçün uzunmüddətli icarəyə verilir. Meşələrin mühafizəsini və yanğın təhlükəsizliyini təmin etmək məqsədilə Zaqatala, Şəki, Qax, Oğuz və Qəbələ rayonlarında müşahidə kameraları quraşdırılıb və bu istiqamətdə işlər davam edir. Meşələrin dayanıqlı inkişafını təmin etmək məqsədilə kənar təsirlərə daha çox məruz qalan yerlərdə yüngül konstruksiyalı çəpərləmə işləri aparılır".
M.Babayev qeyd edib ki, kadr potensialını artırmaq məqsədilə Meşə Mühəndislərinin hazırlanması üçün gənclər Rusiya Federasiyasının və Türkiyə Respublikasının ali məktəblərinə göndərilir. Ümumilikdə son 1 il ərzində nazirliyin 10% işçisi treninqlərə cəlb olunub.
Azərbaycanda yeni Milli Meşə proqramının hazırlandığını bildirən nazir vurğulayıb ki, meşələrin bərpası istiqamətində ciddi iş aparılır.
M.Babayev əlavə edib ki, noyabrın ayında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə böyük şairimiz İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 650 min ağacın əkilməsi həyata keçiriləcək: "Ağaclar müxtəlifnövlüdür və hamısı Azərbaycan istehsalı olan ağaclardır. Ağaclar əkildikdən sonra onlara qulluq və nəzarət edilməsində ictimaiyyət də aktiv olmalıdır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Akasya Durağı”nın aktrisası illər sonra üzə çıxdı - (Fotolar)
-
Ağcabədidə qəzada ölən qardaşların Fotosu
-
UEFA Millətlər Liqası: Emreli hesabı bərabərləşdirdi - Yenilənib
-
Serhat Kılıçın vəfatından bir gün əvvəlki söhbəti üzə çıxdı
-
53 yaşlı türk müğənni tanınmaz halda (Foto)
-
Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi – Son halı - (Foto)
XƏBƏR LENTİ
-
“Akasya Durağı”nın aktrisası illər sonra üzə çıxdı - (Fotolar)
-
İdman brendi Benzemadan imtina etdi
-
Türkiyədə 5 yaşlı qız uşağı dişinin müalicəsindən öldü
-
Ağcabədidə qəzada ölən qardaşların Fotosu
-
UEFA Millətlər Liqası: Emreli hesabı bərabərləşdirdi - Yenilənib
-
Serhat Kılıçın vəfatından bir gün əvvəlki söhbəti üzə çıxdı
-
UEFA Millətlər Liqasının qrup mərhələsində II tura start verilir
-
53 yaşlı türk müğənni tanınmaz halda (Foto)
-
"Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
-
Azərbaycana milyardlarla dollar gələcək - Ekspert açıqladı
-
"Fənərbağça"nın 100 milyonlarla dollar borcu var
-
Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi – Son halı - (Foto)
-
Xalq artisti şəhid qardaşı oğlunu yad etdi - (Fotolar)
-
Öz üzüyünün qiyməti 1 milyon dollar: Ronaldonun Corcinasının üzüyünü görəndən sonra...
-
Roberto Karlos milyonlarlarını itirdi
-
Lavrov: Türkiyə bilir ki, bizim razılığımız olmadan S-400-ləri heç kimə verə bilməz
-
Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi - (Foto)
-
Ceyran Haşımovanın səhhəti pişləşdi
-
Rusiya "Ölü əl"i işə saldı: Dünyanı məhv edəcək sistem...
-
Bir uşağın ahı bütün Türkiyəni ayağa qaldırdı - (Video)
-
Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi - (Foto)
-
Formula 1-ə görə bağlanan yollar açıldı
-
27 Sentyabr – şəhidlərin xatirəsinə ehtiram, Zəfərə gedən yolun başlanğıcı
-
Kenquru dönəri hazırladı: Sosial şəbəkədə gündəm olan Video





