“Azərkosmos” 24 ölkəyə 30,2 milyon dollar dəyərində xidmət ixrac edib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"İxrac İcmalı"nda həm də xidmət ixracına yer ayrılıb. Məlumat verilib ki, 2019-cu ilin yanvar-sentyabr aylarında "Azərkosmos" ASC tərəfindən dünyanın 24 ölkəsinə 30,2 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın 2019-ci ilin oktyabr sayında qeyd edilir.
Hesabatda göstərilir ki, Azərkosmos" ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 88 faizini təşkil edib. 2019-cu ilin sentyabr ayında isə "Azərkosmos" ASC dünyanın 20 ölkəsinə 2,2 milyon ABŞ dolları dəyərində xidmət ixrac edilib. "Azərkosmos" ASC-nin 2019-cu ilin yanvar- sentyabr aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr ABŞ, Fransa, Birləşmiş Krallıq, Malayziya, BƏƏ-dir.
"İxrac İcmalı"nda məlumat verilib ki, 2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycana dünyanın 191 ölkəsindən 2,4 milyon və ya 2018-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 9,5 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu ilin sentyabr ayında ölkəmizə gələn xarici vətəndaşların sayı 20,8 faiz artıb və onların bank kartları vasitəsi ilə apardıqları əməliyyatları 106,2 milyon manat təşkil edib. Ümumilikdə isə 2019-cu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 969 milyon manat təşkil edib.
"İxrac İcmalı"nda 2019-cu ilin yanvar-sentyabr ayları ərzində Azexport.az portalına daxil olan ixrac sifarişləri barədə də məlumat verilib. Göstərilib ki, 2019-cu ilin yanvar-sentyabr aylarında Azexport.az portalına 436,4 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-sentyabr aylarında ixrac sifarişləri 6,4 faiz artıb. 2019-cu ilin sentyabr ayında isə portala daxil olan ixrac sifarişlərinin dəyəri 37,1 milyon ABŞ dolları təşkil edib. 2019-cu ilin yanvar-sentyabr aylarında portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində Rusiya (11,2%), Türkiyə (5,8%), Hindistan (5,7%), ABŞ (5,6%) və İngiltərə (5,1%) qərarlaşıb.
Bu ilin sentyabr ayında Azexport.az portalına ən çox ixrac sifarişi tütün, toyuq əti və yumurtası, fındıq ləpəsi, pambıq yağı, şərab, nar, soğan, kosmetik vasitə, tibbi tənzif, mebel dəsti, boya, qənnadı məhsulu, mineral su, sarımsaq, meyvə konsentratı, təzə meyvə, mürəbbə, tikinti materialı, süd məhsulları, zəli və s. mallara daxil olub.
Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2019-cu ilin 30 sentyabr tarixinə kimi (33 ay ərzində) Azexport.az portalına dünyanın 136 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 1 milyard 425,5 milyon ABŞ dolları təşkil edib.
"İxrac İcmalı"nda göstərilib ki, bu ilin oktyabr ayında "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 18,1 milyon ABŞ dolları olub. 2019-cu ilin yanvar- oktyabr ayları ərzində "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi tərəfindən yüzlərlə sahibkara ixracla bağlı müvafiq sertifikatlar verilib və bunun nəticəsində 118 milyon ABŞ dolları dəyərində qeyri-neft ixracı həyata keçirilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Müflisləşən məşhurlar -Milyonlar əllərindən necə çıxdı?
-
Bir insanın sizdən xoşu gəldiyini göstərən 7 gizli əlamət
-
Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?
-
Azərbaycanda ana və iki övladı eyni vaxtda tələbə oldu - (Foto)
-
Azad Kəlbəcərin ilk təhsil müəssisəsinin yeganə şagirdi tələbə oldu
-
Nərgiz Cəlilova efirə qayıdır
XƏBƏR LENTİ
-
iPhone” alanların nəzərinə!
-
Motosiklet oğrularını tutub dirəklərə bağlayır – Sirli qisasçı
-
Bu 3 bürcü böyük sürprizlər gözləyir
-
Müflisləşən məşhurlar -Milyonlar əllərindən necə çıxdı?
-
Stress bu xəstəliyini kəskinləşdirə bilər
-
Bir insanın sizdən xoşu gəldiyini göstərən 7 gizli əlamət
-
Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?
-
Maşında ürəkbulanma niyə yaranır? - Səbəb
-
Dünyanın ən təhlükəli canlısı: İldə 700 mindən çox insan ölür
-
Toya xeyli pul xərcləyənlər arasında boşanmalar daha çoxdur
-
Bu məhsulları soyuducuda 48 saatdan çox saxlamayın
-
Azərbaycanda ana və iki övladı eyni vaxtda tələbə oldu - (Foto)
-
Bu 3 bürcü böyük sürprizlər gözləyir
-
Azad Kəlbəcərin ilk təhsil müəssisəsinin yeganə şagirdi tələbə oldu
-
Nərgiz Cəlilova efirə qayıdır
-
Bu ixtisasa keçid balı 697 oldu
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb - (Video)
-
Ağdamda 30 hektar ərazidə yanğın başlayıb
-
Azərbaycanın voleybol millisi ardıcıl üçüncü qələbəsini qazanıb
-
Ali təhsil müəssisələrinə qəbul olunanların neçə nəfəri pulsuz oxuyacaq?
-
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - (Foto)
-
Kriminal avtoritet İsraildə qətlə yetirildi
-
Adil Dəmirov ölkəmizə ekstradisiya olunacaq
-
Dövlət Komitəsində struktur və kadr dəyişiklikləri oldu





