Nazirdən PROQNOZ: Gələn il qeyri-neft sənayesi 8,8%, kənd təsərrüfatı 4,8% artacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Görülən işlər, möhkəm iqtisadi təməl qarşıdakı 2020-ci ildə inkişafın davamlılığına əsas yaradır. Belə ki, ÜDM-in real artımının 3%, o cümlədən neft sektoru üzrə 1,6%, qeyri-neft sahəsində isə 3,8% təşkil edəcəyi proqnozlaşdırılır. Gələn il qeyri-neft sənayesi 8,8%, kənd təsərrüfatı 4,8% artacaq".
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İqtisadiyyat naziri Şahin Mustafayev dövlət başçısının tapşırıqlarının icrasına dair geniş kollegiya iclasında deyib.
Nazir qeyd edib ki, xidmətlər sektorunda artımın 3,6%, nəqliyyatda 4,4%, rabitə və informasiyada 8,7%, ticarətdə 4,5%, turizmdə 6% olacağı gözlənilir:
"Proqnozlara görə, 2020-ci ildə ÜDM-də qeyri-neft sektorunun payı 65%-i ötəcək. 2020-ci ildə əsas kapitala investisiya qoyuluşunun 18,3 mlrd. manat təşkil edəcəyi gözlənilir. Bunun 12,2 mlrd. manatı daxili, 6,1 mlrd. manatının isə xarici investisiyaların payına düşəcəyi proqnozlaşdırılır. Eyni zamanda, bu investisiyaların 7,7 mlrd. manatı neft sektoruna, 10,6 mlrd. manatı isə qeyri-neft sektoruna yönəldiləcək. Əsas kapitala yönəldiləcək investisiyaların 11,1 mlrd. manatı və ya 60%-dən çoxu qeyri-dövlət sektoru tərəfindən yatırılacaqdır. İnvestisiyalarda bank sektorunun rolunun artırılması mühüm əhəmiyyət kəsb edir. Belə ki, maliyyə dərinliyi (kreditlərin qeyri-neft ÜDM-ə nisbəti) 2014-cü ildəki 51%-dən 2019-cu ilin avqust ayının sonuna 27,8%-ə enib. Qeyri-neft investisiyalarına əsaslanan artımın əldə edilməsi üçün iqtisadi fəaliyyət subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, maliyyə dərinliyinin Strateji Yol Xəritəsində müəyyən olunmuş 60%-ə çatdırılması qarşıya qoyulmuş əsas vəzifələrdəndir. Buna nail olmaq vacibdir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Zaur Baxşəliyevdən diqqət çəkən sözlər: “Əslində sizi aldatmışam” - (Video)
-
Goranboyda kişi güllələndi
-
Azərbaycanda ən yüksək və ən aşağı maaş alan sahələr - Siyahı
-
Paşinyan Antalyada "oğurladığı" bananı Dublinə apardı - (Video)
-
Gülben Ergen Azərbaycanda uşaq bağçası açmaq istəyir
-
Şəmkirdə ağır qəza: İki nəfər öldü, yaralanan var
XƏBƏR LENTİ
-
Zaur Baxşəliyevdən diqqət çəkən sözlər: “Əslində sizi aldatmışam” - (Video)
-
Yeni Konstitusiyanın qəbulu Ulu Öndərin adı ilə bağlıdır - Kamaləddin Qafarov
-
Rusiyada polkovnikin avtomobili partladıldı - Özü həlak oldu, ailə üzvü yaralandı
-
Goranboyda kişi güllələndi
-
Azərbaycanda ən yüksək və ən aşağı maaş alan sahələr - Siyahı
-
Paşinyan Antalyada "oğurladığı" bananı Dublinə apardı - (Video)
-
Gülben Ergen Azərbaycanda uşaq bağçası açmaq istəyir
-
Şəmkirdə ağır qəza: İki nəfər öldü, yaralanan var
-
Polad Həşimovun anasının səhhəti ilə bağlı son məlumat
-
Rəsmi qarşılama mərasimində fəxri qarovulun 2 üzvü huşunu itirdi - (Video)
-
“Çelsi”nin futbolçusu 400 minlik "Ferrari"si ilə qəzaya düşdü - (Foto)
-
ABŞ-da üçmərtəbəli bina çökdü: Ölənlər və yaralananlar var
-
Nvidia rəhbəri ilə bağlı şok iddia: Çin kəşfiyyatı, milyardlar və gizli münasibət
-
Dünya bazarında neftin qiyməti ucuzlaşdı
-
Rəna Ağamuradova: “Desəm, sevgilim məni öldürər”
-
General Natiq Əliyevin qızı saxlanıldı
-
Qəbiristanlıqda təkgözlü körpə skeleti tapıldı
-
Rusiyada zəlzələ oldu
-
Bu yollarda tıxac var - Siyahı
-
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib - (Foto)
-
Ölümdən iki gün əvvəl orqanizmdə nə baş verir?
-
İnstaqram və Tiktok istifadə edənlər izlənilir - Bu funksiyanı dərhal söndürün
-
Həftə sonuna qədər uğur qazanacaq bürclər
-
“Dostları ərimi xəyanətə təşviq edirlər…” - Yasemin Sakallıoğlu





