“Beluqa Tahir” ifşa edildi - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda saxta spirtli içkilər hazırlayan "Beluqa Tahir" və mütəşəkkil dəstəsi ifşa edilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə birgə gizli sexlərdə saxta spirtli içkilər hazırlayaraq satış şəbəkəsi quran mütəşəkkil cinayətkar dəstəyə qarşı xüsusi əməliyyat tədbiri keçirilib.
Tədbir nəticəsində müəyyən olunub ki, "Beluqa Tahir" ləqəbi ilə tanınan Tahir Həziyevin başçılıq etdiyi mütəşəkkil cinayətkar dəstə bir müddətdir ki, Bakı şəhərində müxtəlif ünvanlarda yerləşən gizli sexlərdə Rusiya istehsal olan "Beluqa", "Stoliçnaya", "Nemiroff", "Russkiy Standard" araqlarının, "Jack Daniels", "Chivas" viskilərinin, "Omega", "Patron" tekilalarının və sair spirtli içkilərin saxtalarını hazırlayaraq üzərinə saxta aksiz markalar vurmaqla müxtəlif iaşə obyektlərində və şərab evlərində satışını təşkil edir.
Abşeron rayonunun Novxanı qəsəbəsində yerləşən Tahir Həziyevə məxsus gizli sexə, dəstə üzvləri Elşən Səfərova məxsus Sabunçu rayonunun Buzovna qəsəbəsində və qardaşı Elnur Səfərova məxsus Binəqədi rayonu Rəsulzadə qəsəbəsində yerləşən anbarlara, Əliağa Əhmədova məxsus Nərimanov rayonunda yerləşən gizli saxlanc yerinə, eləcə də Afəddin Yunisova məxsus spirtli içkilərin topdansatış mərkəzinə baxış keçirilən zaman satış üçün hazırlanmış ümumilikdə 6114 ədəd saxta spirtli içki, mənşəyi məlum olmayan 1 tona yaxın spirt, 100.000 ədəddən çox saxta aksiz markası, saxta spirtli içkilər üçün nəzərdə tutulan 31200 ədəd müxtəlif əmtəə nişanlı etiket və saxta spirtli içkilərin hazırlanması üçün kustar üsulla düzəldilən xüsusi elektron avadanlıqlar aşkar olunaraq götürülüb.
Qeyd edək ki, dəstə üzvləri külli miqdarda gəlir əldə etmək üçün əsli satış bazarında baha qiymətə olan spirtli içkilərin saxta nümunələrini hazırlayıblar.
Araşdırma zamanı mütəşəkkil şəbəkənin üzvləri tərəfindən hazırlanan saxta içkilərin toy mərasimlərində istifadə edilməsi üçün bəzi şadlıq evlərinə satıldığı da müəyyən edilib. Həmin şadlıq evləri sahibərinin də müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Aşkar edilən saxta spirtli içkilərdən götürülən nümunələr ekspertizaya təqdim edilib və əldə olunan rəyə əsasən bu məhsulların toksikoloji normalara cavab vermədiyi və qeyd olunan içkilərin istehlakının insan orqanizmi üçün ciddi təhlükə mənbəyi olduğu müəyyən edilib.
Saxta və insan sağlamlığı üçün təhlükəli olan spirtli içkiləri hazırlayan dəstə üzvləri barəsində Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Bu cinayətkar şəbəkə ilə əlbir olan şəxsiyyəti hələ ki, müəyyən edilməyən digər şəxslərin də saxlanılaraq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlər davam etdirilir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
GEROPHARM “Sea Breeze 2026” beynəlxalq polo turnirini sağlamlıq və aktiv həyat tərzi tərəfdaşı kimi dəstəkləyib - (Foto)
-
Ramiz Mehdiyevin cinayət işi üzrə 3 tanınmış şəxs şahid kimi dindirilib
-
Həbsxanaya göndərilən ayaqqabıdan narkotik tapıldı - (Foto)
-
Azərbaycanın gənc vokal ifaçısı Batumidə keçirilən III Beynəlxalq Vokal Müsabiqəsində mükafata layiq görülüb - (Foto)
-
Uşağı məktəbə həvəsləndirməyin 7 sadə yolu - Valideynlər bunları bilməlidir
-
Tanınmış azərbaycanlı reperin 72 mindən çox kommunal borcu var
XƏBƏR LENTİ
-
GEROPHARM “Sea Breeze 2026” beynəlxalq polo turnirini sağlamlıq və aktiv həyat tərzi tərəfdaşı kimi dəstəkləyib - (Foto)
-
Ramiz Mehdiyevin cinayət işi üzrə 3 tanınmış şəxs şahid kimi dindirilib
-
Həbsxanaya göndərilən ayaqqabıdan narkotik tapıldı - (Foto)
-
Rodriqo bu tarixdə yaşıl meydanlara qayıdır
-
Azərbaycanın gənc vokal ifaçısı Batumidə keçirilən III Beynəlxalq Vokal Müsabiqəsində mükafata layiq görülüb - (Foto)
-
Uşağı məktəbə həvəsləndirməyin 7 sadə yolu - Valideynlər bunları bilməlidir
-
Tanınmış azərbaycanlı reperin 72 mindən çox kommunal borcu var
-
Hava yenidən pisləşir - Xəbərdarlıq
-
ÇL-nın final matçlarına ev sahibliyi edəcək stadionlar bəlli oldu
-
İran ABŞ-ın daha bir PUA-sını vurdu
-
Ərdoğan Azərbaycanı təbrik edib - (Foto)
-
Hakan Fidan Azərbaycan-Ermənistan arasında sülh danışıqları barədə danışıb
-
ABŞ kosmosda silah yerləşdirdi - Məqsəd nədir?
-
Cəlilabadda yaşayış evində yanğın oldu
-
İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - (Video)
-
“Qodo həsrətində” adlı tamaşanın məşqləri davam edir - (Foto)
-
İki ayağını itirən qazimizin nişanından görüntülər - (Video)
-
Roberto Karlosdan Arda Güler açıqlaması: “Mourinyo bundan əl çəkməlidir”
-
Elza Seyidcahan illər sonra “tort qalmaqalı”ndan danışdı - Sirr açıldı - (Video)
-
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
-
Mbappedən Dembele ilə bağlı sərt sözlər
-
Astarada 74 yaşlı kişi evin damından yıxılaraq ölüb
-
Prezident İlham Əliyevin Bakıda keçirilən beynəlxalq konfransların iştirakçıları ilə səmimi söhbəti - (Foto)
-
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib - (Foto)





