Dəhşətli qəddarlığın təfərrüatı: İplə ata bağladılar, oğlunu və özünü döydülər, sonra sürüdülər - YENİLƏNİB
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
14:13
Goranboyda qadının ata bağlanaraq sürüdülməsinin təfərrüfatı bilinib.
Milli.Az bildirir ki, Goranboy Rayon İcra Hakimiyyətinin Əlirzalı kənd icra nümayəndəsi Nizadil Hüseynov oxu.az-a açıqlamasında bildirib ki, Sahilə Ələkbərova qonşusu tərəfindən döyülüb:
"Qonşunun atı digər qonşunun həyətinə keçib. Daha sonra məlum olub ki, at qonşunun həyətindədir və dalaşıblar. Onlar üç nəfər olub. Sahilə Ələkbərovanın əl-ayağını kəndirlə bağlayıb, küçədə sürüyüblər.
Bu zaman səs-küyə qonşular gəlib və qadını onların əllərindən alıblar. Sahilə Ələkbərova hazırda xəstəxanadadır".
Sahilə Ələkbərovanın həyat yoldaşı Xaliq Bayramovun sözlərinə görə, hadisə barədə ona qonşuları məlumat verib:
"Qonşu mənə zəng etdi ki, yoldaşın ölür, gəl. Getdim ki, qonşular arvadımı onların əlindən xilas edib. At küçədə otlayırmış, həyat yoldaşım onu gətirməyə gedirmiş. Bu zaman qonşu atı öz həyətlərinə salıb.
Daha sonra atın ipini yoldaşımın əlinə dolayıblar. Anası əlindən tutub, oğlu və qızı ağacla döyüblər. Bizim onlarla 6-7 ildir ki, münasibətimiz yoxdur".
X.Bayramov qeyd edib ki, həyat yoldaşı ilə yanaşı, oğlu da döyülüb:
"Uşağımın da qolundan vurublar".
Döyülən Sahilə Ələkbərova isə bildirib ki, səhər tezdən atı gətirmək üçün gedib və o zaman döyülüb:
"Atı gətirmək üçün gedəndə gördülər, mən gəlirəm, atı içəri saldılar və mənə hücum etdilər. Yıxdılar məni və əllərimi bağlayıb, döydülər. Qonşular səsə gəlib, məni əllərindən aldı".
---------
12:31
Səhiyyə Nazirliyi Goranboy rayonu Xanqərvənd kəndində qonşuları tərəfindən ata bağlanaraq sürüdülən qadının vəziyyəti ilə bağlı açıqlama verib.
Milli.Az xəbər verir ki, nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Goranboy rayonu Xanqərvənd kənd sakini 35 yaşlı qadın sağ bilək nahiyəsinin və sağ baldırın ön səthinin yumşaq toxumalarının sıyrılmış yaraları diaqnozu ilə Goranboy Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Qadına lazımi tibbi yardım göstərilib, həyatı üçün təhlükə yoxdur. Faktla əlaqədar hüquq-mühafizə orqanları məlumatlandırılıb.
Qeyd edək ki, Goranboy rayon sakini, 1984-cü il təvəllüdlü Sahilə Ələkbərova ilə qonşuları ilə aralarında mübahisə yaranıb. Qonşu qadın oğlu və qızı ilə birlikdə S.Ələkbərovanı döydükdən sonra qadını həmin ata bağlayaraq sürüyüb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Maşın da yumuşam, təkər də qaraltmışam, "bakkuş" da satmışam - Aktyor Səmimi Fərhadla müsahibə
-
Bu xəbərlər Samiri depressiyaya salıb
-
AYNA: 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər
-
Təyyar Bayramovun yubileyidir - (Video)
-
Yasamalda yeni yol və tunel inşa ediləcək - evlər söküləcək - (Video)
XƏBƏR LENTİ
-
Müddəti bitən kredit kartlarını qayçı ilə kəsib atanlara xəbərdarlıq
-
Maşın da yumuşam, təkər də qaraltmışam, "bakkuş" da satmışam - Aktyor Səmimi Fərhadla müsahibə
-
Bu xəbərlər Samiri depressiyaya salıb
-
Qızılın qiyməti yenidən ucuzlaşdı - (Video)
-
Günün qoroskopu: Heç kəsə görə özünüzü dəyişməyin
-
Hər dəfə saata baxanda niyə eyni rəqəmləri görürük? - açıqlama
-
AYNA: 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
"Barselona"nın ulduzu PSJ və "Real"a qarşı oyunları buraxacaq
-
Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər
-
Təyyar Bayramovun yubileyidir - (Video)
-
Yasamalda yeni yol və tunel inşa ediləcək - evlər söküləcək - (Video)
-
“Boş evdə tək oturub ağlayıram” - Cennifer Lopez
-
İnterneti Wi-Fi olmadan paylaşmağın yolu
-
Mircəlal Qurbanovu anasının 70 illiyinə Xalq artistləri gəldi - (Foto)
-
Daşınmaz əmlak bazarında yeni qiymət artımı - (Video)
-
İcra başçısı məmuru danladı: "Camaatın ağzından vurmayın" - (Video)
-
Şuşada avtomobil minaya düşdü - xəsarət alan var - Yenilənib
-
“Birliyin Gücü - 2026" hərbi təlimində kiberəməliyyat fəaliyyətləri uğurla icra edilib - (Foto/Video)
-
Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı
-
Suraxanıda su olmayacaq
-
Aslı Enver Türkiyəni tərk edir
-
Qaradağın yeni icra başçısının dosyesi
-
Rusiyada pirotexnika zavodunda ölənlərin sayı 10-a çatıb
-
Bəxtiyar Əsgərov vəzifəsindən azad edilib





