Bağçalarda uşaqlar necə qidalanır? - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Uşaq bağçası valideynlərin övladlarını etibar etdiyi təhsil ocağı olmaqla yanaşı, onların sağlamlığının da keşiyində duran müəssisədir. Aldıqları təhsil savadlı gənc kimi yetişmələrini təmin etdiyi kimi, qidalanmaları da sağlam böyümələri üçün olduqca vacibdir.
Uşaq: "Bizə gündə üç dəfə yemək verirlər, yeməklər çox dadlıdır, xoşumuza gəlir".
Məktəbəqədər təhsil müəssisələrində olan uşaqlar üçün dövlət standartlarında 3 dəfəlik yemək və gücləndirilmiş nahar nəzərdə tutulur. Sadəcə müxtəlif yaşlı uşaqlar üçün tövsiyə edilən yeməklərin həcmi bir qədər artırıla bilər.
Şəfa Əmirxanova - Bağça müdiri: "Sifarişimizi bir ay öncədən veririk və ərzağı qəbul edirik. Quru ərzaq nümunələri ayda iki dəfə, süd, çörək kimi məhsullar gündəlik tələbə görə, ət və ət məhsulları isə həftədə bir dəfə qəbul edilir".
Uşaqların qidalanması zamanı qənaətbəxş olmayan ərzaq məhsulları olarsa, yalnız çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yeməklərin paylanmasına icazə verilir.
Mətanət Məhərrəmova - Bağça müdiri: "Yeməklərimiz vaxtında bişirilir, verdiyimiz yeməkdə köhnəlmə olmur. Qalıq yemək olmur bizdə. Qalıq yeməkləri atırıq, uşaqlara heç vaxt verilmir".
Özəl bağçaların ərzaq təminatı isə rəhbərlik tərəfindən bazar və mağazalar vasitəsilə həyata keçirilir.
Taleh Cəlilov - Özəl bağça rəhbəri: "Müsbət 2-8 dərəcə temperaturda saxlanılan məhsullar var, mənfi temperaturda da saxlanan məhsullar var ki, buraya ət və ət məhsulları daxildir. Digər məhsulları isə saxlama kameralarında, soyuducularda saxlayırıq".
Ərzaqlar çeşidlərinə görə, müxtəlif zamanlarda gətirilir və heç bir bağça ərzaqsız qalmır.
Leyla Məmmədova - "Aqrar Tədarük və Təchizat" ASC-nin sədri: "Bağça nümayəndələri İcra Hakimiyyətlərinin vasitəsilə sifarişlərini yerləşdirirlər. İcra hakimiyyətlərinin nümayəndələri neçə dəfə təchizat olunmaq istədiklərini portalda seçim vasitəsilə edə bilərlər. Bəzi bağçalar, məsələn Gəncə şəhərində yerləşən bağçalar 3 dəfə təchiz edilir, amma elə bölgələrimiz var ki, onlar təchizatı bir dəfə seçiblər".
Aqrar Tədarük və Təchizatı ASC bağçalara qidaların çatdırılmasına kimi olan müddətdə həmin ərzaqların keyfiyyətinə tam cavabdehdir. Ancaq bağça qəbul etdikdən sonra həmin qidaların hansı şəraitdə və keyfiyyətdə saxlanması tam olaraq həmin bağçanın məsuliyyətindədir. ARB TV
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Hacıqabulda ağır qəza - 1 nəfər ölüb, 2 nəfər yaralanıb
-
Aytəkinin ailəsində xoş gün - (Foto)
-
"Bu çətinliyə necə dözəcəyəm?" - Məleykə Əsədova
-
Şəkidəki hadisənin şahidi, Coşqun Məmmədovun nişanlısı faciə anından danışdı
-
Binəqədidə hərəkət məhdudlaşdırılacaq
-
Coşqun və Ucalın faciədən dəqiqələr öncə çəkilən son (Fotosu)
XƏBƏR LENTİ
-
“Fənərbaxça”nın baş məşqçisi İsmail Kartal istefa verib
-
Hacıqabulda ağır qəza - 1 nəfər ölüb, 2 nəfər yaralanıb
-
Günün qoroskopu: Sağlamlıq baxımından qidalanmanıza diqqət yetirin
-
"Mançester Yunayted" hesabda 3:0 öndədir - YENİLƏNİR - CANLI
-
Aytəkinin ailəsində xoş gün - (Foto)
-
Brent neftinin qiyməti 108 dolları ötüb
-
"Bu çətinliyə necə dözəcəyəm?" - Məleykə Əsədova
-
Şəkidəki hadisənin şahidi, Coşqun Məmmədovun nişanlısı faciə anından danışdı
-
Çempionlar Liqası: "Fənərbağça" və "Şaxtyor" qələbə qazana bilmədilər
-
Binəqədidə hərəkət məhdudlaşdırılacaq
-
Coşqun və Ucalın faciədən dəqiqələr öncə çəkilən son (Fotosu)
-
Deko "Real"ın heyətə qatdığı ulduz barədə: "Barselona"ya gəlmək istəyirdi
-
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
-
Azərbaycanda taksi qiymətləri bahalaşıb?
-
Rövşən Nəcəf onu direktor təyin etdi - (Foto)
-
Özbəkistan əlifbasını dəyişdi
-
Rusiyadan Vyetnama gözlənilməz təklif - Təyyarələr icarəyə götürüləcək
-
Suraxanıda təmir işləri və qayda pozuntusu səbəbindən tıxac yaranıb - (Video)
-
“Ölkəni kazinoya çevirmisiniz, elə bilirlər ailəmindir” - Lukaşenko
-
Xalq artisti Zaur Rzayevin səhhəti ilə bağlı mühüm açıqlama
-
Nikahdankənar doğulan uşaqların sayı açıqlandı
-
Rusiyadan Pavloqrada dron zərbəsi: 3 nəfər ölüb, azı 34 yaralı var
-
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
-
“Mançester Yunayted”dən “Sabah”la bağlı ironik (Video)





