"Azərbaycanın bugünkü uğurlarında məhz “Əsrin müqaviləsi”nin böyük əhəmiyyəti oldu" - Deputat
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
25 il əvvəl - sentyabrın 20-də "Əsrin müqaviləsi" ilə Azərbaycan uğurlu və olduqca mühüm bir tarixi başlanğıca imza atdı.
Milli.Az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Aydın Hüseynov deyib.
Deputat bildirib ki, "Əsrin müqaviləsi" ulu öndər Heydər Əliyevin qətiyyətli addımları, uzaqgörən siyasəti nəticəsində mümkün oldu: "O zaman Azərbaycan müstəqilliyini yeni qazanmışdı, ölkədə xeyli çətinliklər var idi, beynəlxalq şirkətlər Azərbaycana investisiya qoymağa maraqlı deyildilər. Lakin ulu öndər Heydər Əliyev dünyanın iri şirkətlərini Azərbaycana gətirməyi bacardı və tarixi müqavilə imzalandı".
Deputat vurğulayıb ki, "Əsrin müqaviləsi" bağlandıqdan sonra ölkə iqtisadiyyatında çox mühüm dəyişikliklər oldu: ""Əsrin müqaviləsi" imzalandıqdan sonra Azərbaycana investisiya axını oldu və ölkə iqtisadiyyatında artım müşahidə edilməyə başlandı. Elə ilkin mərhələdə ölkənin iqtisadi tənəzzül dövrü bitdi və 1995-ci ildə ilk dəfə olaraq ölkə iqtisadiyyatında ümumi daxili məhsulda 0.1 % artım əldə olundu".
A.Hüseynov əlavə edib ki, sonrakı dövrdə neftdən əldə edilmiş gəlirlər ölkəmizin sürətli inkişafına şərait yaratdı: "Neftdən gələn gəlirlər ümumi inkişafımıza sərmayə kimi qoyuldu, sosial məsələlərin həlli üçün şərait yaratdı, ölkəmizin beynəlxalq mövqelərinin möhkəmləndirilməsi üçün imkan yaratdı".
Deputat bildirib ki, Azərbaycanın bugünkü siyasi və iqtisadi uğurlarının əsasında məhz "Əsrin müqaviləsi"nin böyük əhəmiyyəti oldu: "Sonrakı illərdə Bakı-Tbilisi-Ceyhan boru kəmərinin işə düşməsi "Əsrin müqaviləsi"nin mahiyyətini daha da artırdı. Bu sənəd təkcə iqtisadi baxımdan deyil, siyasi baxımdan da Azərbaycana böyük faydalar gətirdi, ölkəmizin beynəlxalq aləmdə nüfuzu artı, Azərbaycan dünyada etibarlı bir tərəfdaş kimi qəbul olundu".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Niyaməddin Musayev bu yolla formada qalır - (Video)
-
“Evdə soğan belə doğramıram” - Aytəkin Mərdanova - (Video)
-
38 yaşlı kişi faciəvi şəkildə öldü - (Video)
-
Tələbələri təhdid edən şəxs yenidən universitetə bərpa olunacaq?
-
Bilgəhdə dənizdə batan gənclər yataqxanada qalırlarmış - Təfərrüat - (Video)
-
"Həddi bir az aşmışıq, üzr istəyirəm" - Rüfət Nasosnu - (Video)
XƏBƏR LENTİ
-
Niyaməddin Musayev bu yolla formada qalır - (Video)
-
Həftədə 25 saat hosteldə işləyib... Bu ölkədə pulsuz yaşamaq olar
-
“Evdə soğan belə doğramıram” - Aytəkin Mərdanova - (Video)
-
Ərdoğan ABŞ-yə getdi
-
38 yaşlı kişi faciəvi şəkildə öldü - (Video)
-
Tələbələri təhdid edən şəxs yenidən universitetə bərpa olunacaq?
-
"Türkiyənin ən gözəl qadınını istəyən" general Ankara ilə əlaqələr kəsildi
-
Günün qoroskopu: Bütün işlərinizi sürətlə yoluna qoya biləcəksiniz
-
Bilgəhdə dənizdə batan gənclər yataqxanada qalırlarmış - Təfərrüat - (Video)
-
Matçdan öncəki məşq zamanı qorxulu qəza - (Video)
-
"Həddi bir az aşmışıq, üzr istəyirəm" - Rüfət Nasosnu - (Video)
-
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
-
İtaliyada niqab qadağan edilir
-
Zelenski Trampla Nyu-Yorkda görüşlə bağlı razılığa gəlib
-
Kadir İnanırın mirası açıqlandı
-
“Ela” və “Levent” 18 il sonra yenidən bir arada - (Video)
-
Məmmədəli Mehdiyev cüdo üzrə veteranlar arasında dünya çempionu olub
-
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - (Foto)
-
Göygöldə qadın qətlə yetirilib - şübhəli əridir
-
Macarıstanın baş naziri Peter Madyar ictimai tədbirdə hücuma məruz qaldı - (Video)
-
"Sumqayıt" "Kəpəz"lə heç-heçə edib
-
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - (Foto)
-
Madrid debisində “Atletiko” “Real”a qalib gəlib
-
Pakistanda keçmiş baş nazir İmran Xanın bacısı saxlanıldı





