Ölkə

Bakının iki rayonunda qaz kəsilib - SƏBƏB - FOTO

17 Sentyabr 2019 10:45
0 Şərh     Baxış: 1 380
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün səhər saatlarında Bakının Xəzər rayonunda, "Binə Sovxozu" deyilən yaşayış massivində "KamAZ" markalı yük avtomobili ilə 108 mm diametrində olan qaz xətti yararsız hala salınıb.

"Azəriqaz" İstehsalat Birliyindən Milli.Az-a verilən məlumata görə, kəmər dayaqlardan qopardılaraq yerə salınıb. Bununla əlaqədar 350 abunəçinin qaz təchizatı dayandırılıb.

Bundan başqa, gecə saatlarında Bakının Nizami rayonunun N.Abdullayev küçəsində dairəvi formada qoşulmuş diametri 159 mm olan qaz xətti avtomobil qəzası zamanı qırılıb. Hadisəyə görə 500 abunəçinin qaz təchizatı dayandırılıb. Səhər saatlarından qazın verilişi üçün bərpa işləri sürətləndirilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.