Qıcolması olanlar bu müəssisələrdə işləyə bilməyəcəklər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda işçilərin icbari tibbi müayinələrinin keçirilməsi tələb olunan bəzi işlər üzrə tibbi əks göstərişlərin sayı artırılıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bununla əlaqədar Səhiyyə Nazirliyi Kollegiyasının qərarı ilə "İşçilərin icbari tibbi müayinələrinin keçirilməsi tələb olunan işlərin siyahısı"nda dəyişikliklər edilib.
Bu dəyişikliyə uyğun olaraq, uşaq və yeniyetmə (mövsümi) sağlamlaşdırıcı müəssisələrin işçilərinin bu müəssisədə işə başlaması üçün olan tibbi əks göstərişlərin sayı artırılıb. Epilepsiya nəticəsində psixi və davranış pozuntuları, müxtəlif qıcolma və paroksizmal tutmalar bu sahədə çalışma üçün tibbi əks göstəriş olacaq.
İndiyədək onlar üçün tibbi əks göstərişlər xəstələnmə və bakteriya gəzdirmə, qarın yatalığı, paratiflər, salmonellyoz, dizenteriya, himenolipidoz, enterobioz, sifilis yoluxucu dövrdə, cüzam, yoluxucu dəri xəstəlikləri; qoturluq, trixofitiya, mikrosporiya, favus, bədənin açıq sahələrində xoralaşma və sviş verən aktinomikoz, ağciyər vərəminin yoluxucu və destruktiv formaları, svişi olan ağ ciyərdən kənar vərəm, bakteriuriya, üzün və əllərin vərəm qurdeşənəyi, qonoreya (bütün formaları), dərinin irinli xəstəlikləri idi.
Heyvandarlıq təsərrüfatı işləri üzrə çalışanlar üçün də mövcud olan tibbi əks göstərişlərdə dəyişiklik edilib.
Bu dəyişikliyə uyğun olaraq, yeni əks göstərişlər psixiatriya dispanser müşahidəsi tələb olunan psixi pozuntular, o cümlədən mənşəyindən asılı olmayan demensiya (qazanmış ağıl zəifliyi) halı, əqli gerilik (anadangəlmə kəmağılılıq), autizm spektrli pozuntular, üzvi mənşəli psixotik pozuntuları (sağalma və ya tam kompensasiya müəyyən edildikdən sonra 3 il ərzində residiv müşahidə edilməyən hallar istisna olmaqla), şizofreniya, şizotipik pozuntu, sayıqlama (xroniki) pozuntu və şizoaffektiv pozuntu (davamlı tam remissiya müəyyən edildikdən sonra 5 il ərzində residiv müşahidə edilməyən hallar istisna olmaqla) və s.-dir.
Dövlət meşə mühafizəsi, meşənin kəsilməsi, daşınması və emalı ilə əlaqədar işlərdə çalışanlar üçün tibbi əks göstərişlərin də sayı artırılıb. Bundan sonra onlar üçün nəzərəçarpan nevroloji simptomatika ilə müşahidə olunan kəllə sümüyünün travmatik deformasiyası və deffekti də bu sahədə işləmək üçün əks göstəriş olacaq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Kastinqlərdə şalvarımı çıxarmağımı istəyirdilər" - Sandra Bullok
-
Niyaməddin Musayev bu yolla formada qalır - (Video)
-
“Evdə soğan belə doğramıram” - Aytəkin Mərdanova - (Video)
-
38 yaşlı kişi faciəvi şəkildə öldü - (Video)
-
Tələbələri təhdid edən şəxs yenidən universitetə bərpa olunacaq?
-
Bilgəhdə dənizdə batan gənclər yataqxanada qalırlarmış - Təfərrüat - (Video)
XƏBƏR LENTİ
-
İki dəfə aldanmalarına imkan verməyən bürclər
-
"Kastinqlərdə şalvarımı çıxarmağımı istəyirdilər" - Sandra Bullok
-
Sarı yoxsa yaşıl? Bananı bu şəkildə yeyənlər diqqətli olsunlar
-
Niyaməddin Musayev bu yolla formada qalır - (Video)
-
Həftədə 25 saat hosteldə işləyib... Bu ölkədə pulsuz yaşamaq olar
-
“Evdə soğan belə doğramıram” - Aytəkin Mərdanova - (Video)
-
Ərdoğan ABŞ-yə getdi
-
38 yaşlı kişi faciəvi şəkildə öldü - (Video)
-
Tələbələri təhdid edən şəxs yenidən universitetə bərpa olunacaq?
-
"Türkiyənin ən gözəl qadınını istəyən" general Ankara ilə əlaqələr kəsildi
-
Günün qoroskopu: Bütün işlərinizi sürətlə yoluna qoya biləcəksiniz
-
Bilgəhdə dənizdə batan gənclər yataqxanada qalırlarmış - Təfərrüat - (Video)
-
Matçdan öncəki məşq zamanı qorxulu qəza - (Video)
-
"Həddi bir az aşmışıq, üzr istəyirəm" - Rüfət Nasosnu - (Video)
-
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
-
İtaliyada niqab qadağan edilir
-
Zelenski Trampla Nyu-Yorkda görüşlə bağlı razılığa gəlib
-
Kadir İnanırın mirası açıqlandı
-
“Ela” və “Levent” 18 il sonra yenidən bir arada - (Video)
-
Məmmədəli Mehdiyev cüdo üzrə veteranlar arasında dünya çempionu olub
-
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - (Foto)
-
Göygöldə qadın qətlə yetirilib - şübhəli əridir
-
Macarıstanın baş naziri Peter Madyar ictimai tədbirdə hücuma məruz qaldı - (Video)
-
"Sumqayıt" "Kəpəz"lə heç-heçə edib





