“Nargis” komandasının "Make the Earth Smile" resaykling sərgisinin rəsmi açılışı olub - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sentyabrın 9-da Dənizkənarı Milli parkda "Nargis" komandasının "Make the Earth Smile" resaykling sərgisinin rəsmi açılışı olub.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, "Nargis" Nəşriyyat Evi ətraf mühitin qorunması probleminə həsr edilmiş sərgi təşkil edib. Layihə çərçivəsində səkkiz heykəltəraş müxtəlif istehsalat tullantılarından qurulmuş 13 instalyasiya təqdim edib. Sərgi "Nargis" jurnalının "Ekologiya" mövzusuna həsr olunmuş 63-cü sayı ilə eyni vaxta təsadüf edib. Jurnal, üz qabığında - IDEA-nın təsisçisi Leyla Əliyevanın fotosu ilə nəşr edilib.
"Nargis" komandası - ətraf mühitə laqeyd olmayan insanlardır. "Nargis" ekoloji brendləri dəstəkləyir, təbii sərvətlərə qənaət edir, eyni zamanda, geniş oxucu kütləsi qazanmış bir nəşr olaraq, hər birimizin Ana-Yer kürəsinin qorunmasını təşviq və təbliğ etməkdə öz məsuliyyətini hiss edir.
"Make the Earth Smile" adlı ekoloji layihə - insanın həyat fəaliyyətinin 13 ən vacib, Yer kürəsinə xüsusilə zərər verən böhranlı sahəsini özündə əks etdirən 13 instalyasiyadan ibarətdir. Layihənin məqsədi - gənc nəsli müsbət nəticələrlə yekunlanan yeni həyat tərzinə alışdırmaqdır. Sərgidə ətraf mühitə kömək etmək üçün hər birimizə tövsiyə olunan 13 faydalı vərdiş təsvir edilmiş "Nargis" kitabçaları paylanıb. 13 rəqəmi təsadüfən seçilməyib - 13 dekabrda "Nargis" jurnalı öz ad gününü qeyd edir.
Rəşad Ələkbərov, Orxan Hüseynov, Kənan Əliyev, Sabit Zamanov, Teymur Qəribov, Fərid Rəsulov, Nurəli Şahbazov, Nazim Şükürov öz instalyasiyalarını onlara tərəfdaşlıq edən Aquavita, Ay Qonşu, AzərEnerji, Azersun, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi (ASCO), Baku Steel Company, Caspian Drilling Company Ltd, Coca-Cola, Dr. Cahid Şahbazov, Gilan Holding, "Nargis" Publishing House və Veysəloğlu Şirkətlər Qrupu ilə birgə yaradıblar.
Açılışa Leyla Əliyeva, "Nargis"in tərəfdaşları və dostları, xarici ölkələrin Azərbaycandakı səfirliklərindən nümayəndələr, nazirliklərdən nümayəndələr, sənətkarlar və qalereya sahibləri də daxil olmaqla 150-yə yaxın insan gəlib. Sərgini ziyarət edən Azərbaycan Respublikasının təhsil naziri Ceyhun Bayramov təhsil sistemi çərçivəsində "Nargis" Nəşriyyat evi ilə gələcək əməkdaşlıq üçün ekoloji layihə təklif edib. Daha sonra başda Ülviyyə Mahmudova olmaqla "Nargis" nəşriyyat evinin komandası bulvarda zeytun ağacı əkib.
Bu, "Nargis" komandasının təşkil etdiyi ilk sərgi deyil: bu ilin aprel ayında İstanbulda, "Nargis" Nəşriyyat Evi, jurnalın mövcud olduğu altı il ərzində çəkdiyi eksklüziv fotoşəkillərdən ibarət sərgi təqdim etmişdi, iyul ayında isə Bakıdakı Müasir İncəsənət Muzeyində "Women, Children and Well-Being" adlı xeyriyyə sərgisi keçirib və foto satışından əldə olunan pulun bir hissəsini "Nargis" xeyriyyə fonduna yönəldib.
"Make the Earth Smile" sərgisi 9 sentyabrdan - 5 oktyabr tarixinədək açıqdır. Giriş sərbəstdir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda yük daşımalarının avtomobil nəqliyyatından dəmir yoluna keçirilməsi planlaşdırılır
-
Şəmkirdə vəzifəli şəxs vəfat etdi
-
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: “1 nömrə mənəm”
-
Natavan Həbibi tanınmaz halda (Foto)
-
Fidan Hacıyeva Londonda uğurla çıxış edib - Musiqi Zəfər və Dövlət Bayrağı şərəfinə ürəkləri birləşdirib - (Video/Foto)
-
Köhnə əşyaları atanlar bunu bilsəydi... - Evdəki əşyaların gizli dəyəri
XƏBƏR LENTİ
-
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
-
Joze Mourinyo La Liqanın ən yaxşı məşqçisi seçildi
-
Saatlarla oturanların diqqətinə
-
Təzyiqi aşağı salan 5 əsas qida
-
Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
-
Evdə stress yaradan 5 şey
-
"Mercedes"də orta güzgünü ön şüşə əvəzləyəcək - YENİ TEXNOLOGİYA
-
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
-
Əməliyyatı illərlə cərrah yox, xadimə edib – Özəl xəstəxanada qalmaqal
-
Bu ölkədə 16 yaşdan kiçiklərə alış-veriş saytları qadağan olunur
-
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
-
Günəşdə XXI əsrin rekordu təkrarlandı
-
Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı
-
Türkiyədə yeni neft yataqları tapıldı
-
Qarabağda genişmiqyaslı bərpa işləri davam edir - Ərdoğan
-
Varlanmaq üçün 3 gün tabutda qaldı - Saxlanıldı
-
Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq
-
Azərbaycanda yük daşımalarının avtomobil nəqliyyatından dəmir yoluna keçirilməsi planlaşdırılır
-
Azərbaycan Türkiyəyə başsağlığı verdi
-
Raul Qonsales "Ovyedo"nun baş məşqçisi təyin olunub
-
Tuncay Şamil 50-ci yubiley dünya çempionatının gümüş medalını qazandı
-
Hansı sürət yanacağa qənaət edir? - Sürücülər üçün "qızıl rəqəm" açıqlandı
-
Şəmkirdə vəzifəli şəxs vəfat etdi
-
Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesabında Hacıqabul rayonundan paylaşım edib - (Foto/Video)





