Azərbaycanın hava limanlarında sərnişin dövriyyəsi 3,8 milyon nəfər təşkil edib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2019-cu ilin yanvar-avqust ayları ərzində Azərbaycanın beynəlxalq hava limanlarında 3,81 milyon sərnişinə xidmət göstərilib.
Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, bunun da 85% -i (3,21 milyon nəfər) paytaxt hava limanının - Heydər Əliyev Beynəlxalq Aeroportunun payına düşüb ki, bu da ötən ilin analoji göstəricisindən 5,2% çoxdur.
2019-cu ilin yanvar-avqust ayları ərzində Naxçıvanın hava limanı 450 min nəfərə xidmət göstərib, 101 min sərnişinə xidmət göstərmiş Gəncənin hava limanı üçüncü yerdədir.
2019-cu ilin 8 ayı ərzində Milli aviadaşıyıcı AZAL 1,4 milyon sərnişinə, Azərbaycanın aşağıbüdcəli aviaşirkəti "Buta Airways" isə 382 min sərnişinə xidmət göstərib.
Paytaxtın hava limanının beynəlxalq uçuşlarda sərnişinlərinin sayı 2,8 milyon nəfər təşkil edib. Populyar aviaşirkətlərin onluğuna milli aviaşirkətlər ilə yanaşı, Türk Hava Yolları (Türkiyə, 329 min sərnişin), "FlyDubai" (BƏƏ, 178 min), "Aeroflot" (Rusiya, 134 min), "AirArabia" (BƏƏ, 117 min), "UIA" (Ukrayna, 83 min), "Qatar Airways" (Qətər, 74 min), "Lufthansa" (Almaniya, 46 min) və "SCAT" (Qazaxıstan, 40 min) daxil olublar.
2019-cu ilin avqust ayı ərzində Heydər Əliyev Beynəlxalq Aeroportunda aktiv sərnişin aviaşirkətlərinin sayı 33-dür. Ümumilikdə onlar 60-dan çox müxtəlif istiqamətlərə uçuşlar həyata keçiriblər.
Hal-hazırda Bakının hava limanına altı xarici aşağıbüdcəli aviaşirkəti - "WizzAir" (Budapeşt), "AirBaltic" (Riqa), "Pegasus" (İzmir), "flyNAS" (Ər-Riyad), "flyDubai" (Dubay) və "AirArabia" (Şarja) birbaşa uçuşlar həyata keçirir.
Qeyd edək ki, Gəncə və Naxçıvan hava limanlarından Moskvaya və İstanbula birbaşa uçuşlar həyata keçirilir. Həmçinin milli aviadaşıyıcı AZAL Qəbələdən və Lənkərandan Moskvaya və geri istiqamətə müntəzəm birbaşa aviareyslər həyata keçirir.
Heydər Əliyev Beynəlxalq Aeroportu (IATA: GYD) sərnişin və yük daşımalarının, uçuş-enmə əməliyyatlarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük terminalının buraxılış gücünə görə Azərbaycanın və regionun ən böyük aeroportudur.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bakıda plana düşən 200-dən çox ev sökülür, dəmir yolu xətti çəkilir - VİDEO
-
Yasamal və Xəzərdə işıq olmayacaq - Yenilənib
-
Niderland “Avroviziya”nı boykot etdi
-
Rəqsanə İsmayılovaya ağır itki
-
Şəkidə iki avtomobil toqquşub - 4 nəfər xəsarət alıb
-
İrandakı azərbaycanlılar ölkəyə necə qayıdacaqlar? - (Video)
XƏBƏR LENTİ
-
Yamal futbolda əsas hədəfini açıqladı
-
Eşidənlər zeytun tumunu artıq zibilə atmır
-
Günün bu saatında içilən kofe damarları daxildən zədələyir
-
Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə
-
"Barselona"nın oynadığı futbol deyil" - Simeone
-
Bakıda plana düşən 200-dən çox ev sökülür, dəmir yolu xətti çəkilir - VİDEO
-
Kloppdan Almaniya millisinə sərt qadağalar
-
Yasamal və Xəzərdə işıq olmayacaq - Yenilənib
-
Niderland “Avroviziya”nı boykot etdi
-
“Qolu ailəmə, qızlarıma həsr edirəm” - Toral Bayramov - (Video)
-
İsrailin ABŞ-dəkı səfirinin oğlu hücumda ağır yaralanıb
-
Günün qoroskopu: Özünüzə dincəlmək üçün icazə verin
-
Rəqsanə İsmayılovaya ağır itki
-
Şəkidə iki avtomobil toqquşub - 4 nəfər xəsarət alıb
-
İrandakı azərbaycanlılar ölkəyə necə qayıdacaqlar? - (Video)
-
Sumqayıtda ağır qəza - xəsarət alanlar var - (Video)
-
Asena Keskincinin sinə dekoltesi müzakirə yaratdı - (Video)
-
İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? - (Video)
-
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
-
Çox yatırsınız? - Bu xəbəri diqqətlə oxuyun
-
"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi
-
Ərdoğan Nyu-Yorkda Paşinyanı qəbul edib - Yenilənib - (Video)
-
Azərbaycan-ABŞ münasibətləri müzakirə olunub
-
Mahir Emreli üçün xoşagəlməz an - (Video)





