"Valideyn məsuliyyətə cəlb edilməlidir" - Ekspert 17 yaşlı qızın İNTİHARINDAN DANIŞDI
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Zaqatalada 17 yaşlı Gülər İsmayılovanın intihar hadisəsi bir daha göstərir ki, Azərbaycanda valideynin övlad üzərindəki şah idarəçilik qaydaları hələ də davam etməkdədir.
Milli.Az xəbər verir ki, bunu ölkə.az-a açıqlamasında "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib.
Onun sözlərinə görə, Azərbaycanda qadınların zorla ərə verilməsi, erkən nigahla bağlı qanunvericilik bazası yaradılsa da, Nazirlər Kabinetinin bununla bağlı müvafiq qaydalarının olmasına, beynəlxalq konvensiyalara qoşulmasına baxmayaraq, hələ də məişət zorakılıq hallarına rast gəlirik. "Bu gün Azərbaycanda nəinki cəmiyyət və dövlət qurumları belə hadisələrə normal baxır. Çünki, insanlarımız hələ də valideyninin övlad üzərindəki idarəçiliynə mental bir qayda və ənənə kimi baxırlar. Düşünürlər ki, qız sabah özbaşınalıq edər, əxlaqsız ola bilər və sair. Ona görə də valideynin şah idarəçiliyi sonda belə acı nəticələrə gətirib çıxarır", - hüquq müdafiəçisi deyib.
M.Zeynalova bildirib ki, bu gün Azərbaycan ailəsində övladın hansı yaşında olmasından asılı olmayaraq, onun taleyi ilə bağlı məsələlərdə rəyi nəzərə alınmır: "İstər övladın 17, istərsə də 9 yaşı olsun. Təsadüfi hallarda övladın rəyi nəzərə alınır. İndi-indi övladın taleyi ilə bağlı məsələlər zamanı övladla birgə müzakirə edib qərar verilir".
Hüquq müdafiəçisi hesab edir ki, bu hadisə ilə bağlı konkret addım atılmalıdır: "Valideynlər övladlarını məcburi qaydada başqasına ərə verdiyinə görə qanunverciliyinin müvafiq maddələrinə uyğun olaraq məsuliyyətə cəlb olunmalıdır. Onlar məsuliyyətə cəlb olunmalıdır ki, bu hadisə digərlərinə görk olsun və uşaqlarının taleyi ilə oynamısınlar.
Məsələni başqa cür də həll etmək olardı. Valideyn övladı ilə məsələni birgə müzakirə edib, ona düzgün yol göstərməklə kömək edə bilərdi".
Qeyd edək ki, qadını nikaha daxil olmağa məcbur etmə cinayət sayılır.
Konstitusiyaya və Ailə məcəlləsinə əsasən, nikah münasibətləri könüllülük əsasında qurulur. Bu səbəbdən də, nigaha daxil olmağa məcbur etmə məsuliyyətə səbəb olur.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Həbsxanaya göndərilən ayaqqabıdan narkotik tapıldı - (Foto)
-
Azərbaycanın gənc vokal ifaçısı Batumidə keçirilən III Beynəlxalq Vokal Müsabiqəsində mükafata layiq görülüb - (Foto)
-
Uşağı məktəbə həvəsləndirməyin 7 sadə yolu - Valideynlər bunları bilməlidir
-
Tanınmış azərbaycanlı reperin 72 mindən çox kommunal borcu var
-
Hava yenidən pisləşir - Xəbərdarlıq
-
Cəlilabadda yaşayış evində yanğın oldu
XƏBƏR LENTİ
-
Həbsxanaya göndərilən ayaqqabıdan narkotik tapıldı - (Foto)
-
Rodriqo bu tarixdə yaşıl meydanlara qayıdır
-
Azərbaycanın gənc vokal ifaçısı Batumidə keçirilən III Beynəlxalq Vokal Müsabiqəsində mükafata layiq görülüb - (Foto)
-
Uşağı məktəbə həvəsləndirməyin 7 sadə yolu - Valideynlər bunları bilməlidir
-
Tanınmış azərbaycanlı reperin 72 mindən çox kommunal borcu var
-
Hava yenidən pisləşir - Xəbərdarlıq
-
ÇL-nın final matçlarına ev sahibliyi edəcək stadionlar bəlli oldu
-
İran ABŞ-ın daha bir PUA-sını vurdu
-
Ərdoğan Azərbaycanı təbrik edib - (Foto)
-
Hakan Fidan Azərbaycan-Ermənistan arasında sülh danışıqları barədə danışıb
-
ABŞ kosmosda silah yerləşdirdi - Məqsəd nədir?
-
Cəlilabadda yaşayış evində yanğın oldu
-
İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - (Video)
-
“Qodo həsrətində” adlı tamaşanın məşqləri davam edir - (Foto)
-
İki ayağını itirən qazimizin nişanından görüntülər - (Video)
-
Roberto Karlosdan Arda Güler açıqlaması: “Mourinyo bundan əl çəkməlidir”
-
Elza Seyidcahan illər sonra “tort qalmaqalı”ndan danışdı - Sirr açıldı - (Video)
-
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
-
Mbappedən Dembele ilə bağlı sərt sözlər
-
Astarada 74 yaşlı kişi evin damından yıxılaraq ölüb
-
Prezident İlham Əliyevin Bakıda keçirilən beynəlxalq konfransların iştirakçıları ilə səmimi söhbəti - (Foto)
-
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib - (Foto)
-
Aftandil Qurbanov vəfat etdi
-
Uşaqların sevimli onlayn oyunu: “Roblox”un təhlükələri nələrdir?





