Yeni qurum yaradıldı - Qoruqları İdarəetmə Mərkəzi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzi yaradılıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş nizamnaməsinə əsasən, Mərkəz Dövlət Turizm Agentliyinin tabeliyində olan dövlət qoruqlarının ərazilərində yerləşən tarixi, mədəni irsə aid elementlərin, abidələrin elmi, tarixi və mədəni cəhətdən öyrənilməsinin, təbliğinin, məqsədyönlü istifadəsinin, qorunub saxlanmasının və inkişafının təmin edilməsi, qoruqların turizm potensialının artırılması sahəsində fəaliyyətlə məşğul olan publik hüquqi şəxsdir.
Mərkəz ictimai əhəmiyyət daşıyan, həmçinin bu nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər. Mərkəzin fəaliyyətinin məqsədləri qoruqlarda tarix və mədəniyyət abidələrinin, mədəni irsin qorunması, qoruqların ərazisi üçün müəyyən olunmuş rejimi saxlamaqla abidələrin tarix və mədəni cəhətdən öyrənilməsi, toxunulmazlığının təmin edilməsi, qoruqların turizm yönümlü istifadəsinin təmin edilməsi, qoruqların öz gəlirləri hesabına idarə olunması və maliyyə mənbələrinin diversifikasiyasının təşviqi, qoruqlarda dayanıqlı idarəçiliyin təmin edilməsidir.
Mərkəz qoruqlar sahəsində vahid dövlət siyasətinin həyata keçirilməsində iştirak edir, qoruqlar sahəsinə aid fəaliyyətin planlaşdırılması, nəzarət və əlaqələndirmə işlərini, qoruqların ərazilərində yerləşən abidələri elmi, tarixi və mədəni cəhətdən öyrənir, onlardan məqsədyönlü istifadə olunmasını təşkil edir, qoruqların ərazilərində yerləşən abidələrin qorunub saxlanılmasını, toxunulmazlığını təmin edir, qoruqların ərazilərində turizm infrastrukturunun yaradılması və idarə olunması işini təşkil edir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Polşa Orta Dəhlizdən qazanmaq istəyir, lakin "həm nala, həm də mıxa" vurmaq alınmayacaq
-
Bakıda xəstəxana pasiyentlərin yeməyini kəsir? - (Video)
-
Tovuza dolu düşüb - (Video)
-
Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Elnarə Əliyeva vəfat etdi - (Foto)
-
İrandakı səfirliyimizdən ölkəyə qayıtmaq istəyənlərə - Bildiriş
-
Yasamal və Babəkdə işıq olmayacaq - Yenilənib
-
Zelenski və Tramp Nyu-Yorkda görüşüb
-
Bakı qlobal təhlükəsizlik gündəminin mərkəzində: 100-dən artıq ölkə bir araya gəldi
-
“Sabah”ın gənc azarkeşi vəfat etdi - (Foto)
-
Oğuz və Şəkidə tikilən su anbarı: Torpaq sahələri üçün 471 min manatdan çox ödəniş nəzərdə tutulur
-
İsmət Cəfərova yüksək vəzifə verildi
-
Qazax Rayon Psixiatriya Xəstəxanasında yanğın - 44 xəstə təxliyə edildi - (Foto)
-
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
-
Tarixdə ilk: İnsanla robot arasında döyüş keçirildi - (Video)
-
Meymun tanınmış yazıçının həyat yoldaşını öldürdü - anbaan (Video)
-
Azərbaycanla Ermənistan arasında davamlı sülhün bərqərar olmasını arzulayırıq - Ərdoğan
-
Dambrauskas bölgələrimizə heyran qaldı - (Foto)
-
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
-
“Kızılcık şerbeti”ndə yeni sima - (Foto)
-
İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırılıb - Yenilənib
-
Bakıdakı universitetlərdə dərslər distant olacaq
-
Xamenei xalqa müraciət etdi
-
Tramp BMT Baş Assambleyasında Prezident İlham Əliyevdən sitat gətirib





