Ölkə

Bakıda vəkil polis bölməsində döyülüb - Anar Bağırov məsələyə qarışdı

1 İyun 2019 12:50
2 Şərh     Baxış: 3 052
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bakıda polis bölməsində vəkilə qarşı zorakılıq olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, müvəkkilinin hüquqlarının müdafiəsi üçün Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinə gedən Vəkillər Kollegiyasının gənc üzvü Orxan Kəngərliyə qarşı fiziki zor tətbiq edilib.

Bu barədə onun həmkarları da fikir bildirərək hadisəni pisləyib və həmin polis əməkdaşlarının qanun qarşısında cəzalandırılmasını tələb ediblər.

VK Rəyasət Heyətinin sədri Anar Bağırov da məsələyə münasibət bildirib: "İstənilən vəkilə qarşı təcavüzü şəxsən özümə qarşı təcavüz kimi qiymətləndirirəm! Məsələ tam araşdırılmalı və təqsirkar şəxslər qanunda nəzərdə tutulan ən ciddi cəzaya məruz qalmalıdırlar. Bunun üçün bütün zəruri tədbirlər tərəfimizdən görülür və görüləcək!"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.