Ölkə

Sərhədçilər İrandan 6 kq-dan çox marixuananın gətirilməsinə mane oldular - FOTO

13 Aprel 2019 10:45
0 Şərh     Baxış: 744
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən ölkə ərazisinə narkotik vasitələrin qeyri-qanuni gətirilməsinin qarşısı alınıb.

Qurumun Mətbuat mərkəzindən Milli.Az-a verilən məlumata görə, aprelin 11-i saat 01:25 radələrində DSX-nin Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xid­məti ərazisində İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsi yaxın­lı­ğındakı sərhəd zastavasının xidməti sahəsində dövlət sərhə­din­dən qaçaq yolla İrandan Azərbaycana narkotik vasitələri keçirmək istəyən və əraziyə "Mersedes-Benz" mar­kalı avtomobillə gələn 3 nəfər Azərbaycan və­tən­daşı 1978-ci il təvəllüdlü Şirinov Ramil İmamverdi oğlu, 1970-ci il təvəllüdlü Eyvazov İntiqam Eldar oğlu və 1974-cü il təvəllüdlü Abdullayev Qurban Cəmil oğlu şübhəli şəxs qismində saxlanıl­ıblar.

Saxlanılan şəxslərə və nəqliyyat vasitəsinə baxış keçirilərkən ümumi çə­kisi 6 kq 330 qr olan qurudulmuş marixuana və 55 ədəd toxum narkotik vasitə aşkar olunaraq götürülüb.

Qeyd olunan fakt üzrə müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir, saxlanılan şəxslər barəsində cinayət işi başlanıl­ıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.