Bacısının şəklini sosial şəbəkədə görən gənc dəliyə döndü - TƏFƏRRÜAT
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qusar rayonunda cinayət törətməkdə təqsirli bilinən 1996-cı il təvəllüdlü Elnur Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Milli.Az Teleqraf.com-a istinadən xəbər verir ki, Elnur Abdullayev 11 iyul 2018-ci il tarixdə sosial şəbəkədə əvvəllər tanıdığı həmyerlisi Mühür Mühürovun onun bacısı Diana ilə birlikdə çəkdirdiyi şəkli görüb.
O, həmin gün gecə saat 3 radələrində Mühür Mühürovu Qusar rayonunda olan evinin qarşısına görüşə çağırıb. Görüş zamanı Mühürdən bacısı Diana ilə münasibətləri kəsməyi tələb edib.
Mühür isə Diana ilə bir-birlərini sevdiklərini və münasibətlərini kəsməyəcəyini bildirib. Onların aralarında mübahisə yaranıb. Elnur üstündəki bıçaqla Mühür Mühürovun qarın nahiyəsinə zərbə vurub.
Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub. Cinayəti törədən şəxs isə həbs edilib.
İstintaq orqanı tərəfindən Elnur Abdullayevin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elnur Abdullayev 1 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Elnur Abdullayev apelyasiya şikayəti verib və barəsində şərti cəza istəyib.
Onun şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayəti hakim Ruhiyyə Əsgərovanın sədrlik etdiyi kollegiyada baxılıb.
Qərara görə, apelyasiya şikayəti qismən təmin edilib, Elnur Abdullayevin cəzası 8 aya endirilib.
Elnur Abdullayevin cəzasının əvvəli 2018-ci il iyulun 12-dən hesablanıb. Belə olan halda o, cəzasını başa çatmış hesab olunub və cəza çəkmə yerindən azadlığa buraxılıb.
Məhkəmənin Elnur Abdullayevə ağır cinayət törətməsinə baxmayaraq güzəşt etməsinə səbəb işdə şikayətçinin olmaması olub.
Elnur Abdullayev həbsdə olduğu müddətdə Diana ilə ailə qurub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Pərvin Lətifovun anası faciəvi şəkildə vəfat etdi
-
Halukla bağlı 2 qadından qalmaqallı açıqlama
-
Xameneinin dəfn olunduğu məqbərədə yanğın oldu (Video)
-
Tərtərdəki qəzada ölənlər ər-arvad imiş - (Foto)
-
Türkiyədə onlarla turist hoteldə zəhərləndi
-
Sabah Biləsuvarda qaz kəsiləcək
-
“Zirə” - “Torpedo” matçının heyətləri açıqlandı
-
“Yeşilçam”ın əfsənəsi Hale Soygazi 75 yaşında - (Foto)
-
Mariana Vasilevaya yüksək vəzifə verildi
-
ABŞ Rza Zərrab barədə qərar verdi
-
İlham Əliyev Donald Trampa təşəkkür edib
-
Bakıda ilk yarımildə 7 minə yaxın cinayət qeydə alınıb
-
Qadınların fotolarını saxtalaşdıraraq şantaj edənlər saxlanılıblar
-
İranın yeni planı: Husilər strateji boğazı bağlaya bilər
-
Şabranda 52 yaşlı kişini tok vuraraq öldürdü
-
Küveytin hava hücumundan müdafiə sistemləri PUA hücumlarının qarşısını alır
-
"Google Play"də VK və "Maks" tətbiqləri silinib
-
Əməkdar jurnalist Nuraninin vəziyyəti ağırdır - Komaya düşdü
-
Kəlbəcərdə çayda batan yeniyetmənin meyiti tapıldı
-
Şəmkirdə 11 nəfərin zəhərləndiyi restoran Fəxrəddin Vəliyevin olub
-
Dini mövzular rəqəmsal mediada xüsusi diqqətlə təqdim olunmalıdır - Gündüz İsmayılov
-
14 yaşadək uşaqlara sosial şəbəkə məhdudiyyəti tətbiq oluna bilər - Koreyada
-
Dini mövzuların mediada təqdimatına həsr olunmuş konfrans keçirilir
-
İstənilən adamın səsini anında çıxarır - (Video)





