Ölkə

Ərinin Aysellə eşq yaşadığını deyən qadın GÖRÜN KİMİN NƏVƏSİ ÇIXDI - FOTO

15 Mart 2019 18:04
17 Şərh     Baxış: 10 845
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

13 illik əri Elçin Nəcəfovun müğənni Aysel Əlizadə tərəfindən əlindən alındığını iddia edən Turanə Nəcəfova bəzi qaranlıq məqamlara aydınlıq gətirib.

Milli.Az xəbər verir ki, Turanə hər şeyi olduğu kimi efirdə danışıb:

"2017-ci il fevralın 7-si mən xəbər tutdum ki, yoldaşım artıq məhkəməyə müraciət edib. Onda artıq ayrı yaşayırdıq. Amma bilmirdim ki, ayrılmaq üçün məhkəməyə verib. Məhkəmədən məktub gəldi, məhkəmə məni çağırdı. Mən də qarşılıqlı olaraq iddia ərizəmlə məhkəməyə müraciət etdim. Məhkəmə həmin ilin noyabr ayının 8-i yekunlaşdı. Qətnamədə "İki azyaşlı qızlar anasında qalsın" qərarı çıxarıldı. Qızım zeynəbi özü ilə Gürcüstana apardı. Yanvarın 6-sı gəldi. Dedim qızım hanı. Dedi ki, "Zeynəb yoxdur, daha gəlməyəcək. Səni istəmir. Balaca qız Mədinəni də götür get". Dedi "Sən özün də bilirsən ki, mənim başqa sevdiyim qadın var. Mən artıq səni istəmirəm, evdən çıx". Mən də "Mən çıxmıram, övladım haradadır gətir. Mən övladımla bu evdə oturacam, siz özünüz çıxın".

2018-ci ildə yoldaşımın bütün maşınlarına, əmlakına həbs qoyuldu. Vəkilim dedi "Qarşı tərəf razılığa gəlir. Sizlə barışıq sazişi bağlamaq istəyir. Bu şərtlə saziş bağlayır ki, sizi hələlik kirayə evlə təmin edəcək".

Biz ailə quranda, o, o qədər də varlı deyildi. Ən çox biz ailə qurandan sonra hər şeyi oldu.  Bu vaxta kimi bu məsələni utandığım üçün ictimailəşdirmirdim. Utandığımdan bunu edə bilmirdim. Ailəmdən, uşaqlarımdan utanırdım".

Xoşqədəm Turanə ilə bağlı maraqlı detalı açıqlayıb:

"Turanə tanınmış ailənin qızıdır. Nənəsi vaxtı ilə deputat olub". 

Məhəmməd Vaqif
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.