Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri: "Etnik nifrət və düşmənçilik hisslərinə son qoymağın vaxtı çoxdan yetişib"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin "nümayəndəsi" Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə ölkəmizin nümayiş etdirdiyi konstruktiv mövqeyə baxmayaraq, səsləndirdiyi növbəti fikirləri ilə aparılan vasitəçilik səyləri və danışıqlar prosesinə xələl gətirir".
Milli.Az xəbər verir ki, bunu Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyev deyib.
Özünü Dağlıq Qarabağda yaradılan qanunsuz rejimin qondarma "xarici işlər naziri" kimi təqdim edən Masis Mailyanın fikirlərini şərh edən icma rəhbəri vurğulayıb ki, Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılan qanunsuz rejimin Dağlıq Qarabağın azərbaycanlı icmasının öz əzəli torpaqlarına geri dönüşünə mane olması, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icmasının əsarət altında saxlanılması müstəvisində hansı sülhdən danışmaq olar: "Masis Mailyana xatırlatmaq lazımdır ki, Ermənistandan fərqli olaraq Azərbaycan, müxtəlif etnik nümayəndələrin daim sülh, birgə və mehriban qonşuluq şəraitində yaşadığı yer olmuşdur. Erməni təcavüzündən əvvəl Azərbaycanın Dağlıq Qarabağ bölgəsində erməni və azərbaycanlı icmaların birgə mövcudluğu bunun bariz nümunəsidir. Lakin, nədənsə iki icmanın sülh şəraitində mövcudluğu Masis Mailyan kimilərinin xoşuna gəlmədi. Azərbaycana qarşı aparılan hərbi təcavüz, erməni millətçiləri tərəfindən təşviq edilən etnik nifrət siyasəti yüzminlərlə azərbaycanlının öz torpaqlarından qovulması və öldürülməsi ilə nəticələndi. Britaniyalı journalist Tomas de Vaalın "Qarabağ" kitabında Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan tərəfindən Xocalı soyqırımı ilə bağlı səsləndirdiyi fikir heç kəsin yadından çıxmayıb: "Xocalı hadisələrinə qədər azərbaycanlılar düşünürdülər ki, biz mülki əhaliyə əl qaldırmarıq. Biz bu stereotipi aradan qaldıra bildik". Təkcə bu faktı qeyd etməklə etnik nifrət və düşmənçilik hisslərinin haradan qaynaqlandığını müəyyən etmək elə də çətin deyil.
Qanunsuz rejimin indiyə qədər nümayiş etdirdiyi qeyri-konstruktiv mövqedən geri cəkilməyin, etnik nifrət və düşmənçilik hisslərinə son qoymağın vaxtı çoxdan yetişib. Yaxşı olardı ki, Masis Mailyan və ətrafındakılar qarşı tərəfi ittiham etmək əvəzinə, itirilmiş imkanların geri qaytarılması barədə düşünsünlər və münaqişənin tənzimlənməsinə xələl gətirən bəyanat və şərhlərdən çəkinsinlər.
Münaqişə tərəfləri arasında inamın yaradılması məsələsinə gəldikdə isə, biz Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icmasına ünvanladığımız çoxsaylı müraciətlərimizdə dəfələrlə icmalararası konstruktiv dialoqun aparılması və təmasların qurulması çağırışlarını etmişik. İcmalararası dialoq xalqların gələcək sülhə hazırlanması müstəvisində müsbət töhvə vevə bilər. Lakin, Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin "nümayəndələri"nin bizim çağırışlarımıza cavab vermədən öz təxəyyüllərinin məhsulu olan "obstrakt" sülhdən danışmaları və torpaqlarımıza əsassız yerə iddia etmələri anlaşılmır. Məhz konstruktiv dialoq vasitəsilə müsbət atmosferin yaradılması, habelə hər iki icma üzvlərinin Azərbaycanın ərazi bütövlüyü bərpa edildikdən sonra ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində yenidən sülh şəraitində birgə yaşayışı üçün zəmin hazırlana bilər. Münaqişənin həlli istiqamətində irəliləyişə nail olmaq üçün vaxt çoxdan yetişib. Bölgənin sülh və sabitliyi, gələcək dayanıqlı inkişaf yalnız bu yoldan keçir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Evdə soğan belə doğramıram” - Aytəkin Mərdanova - (Video)
-
38 yaşlı kişi faciəvi şəkildə öldü - (Video)
-
Tələbələri təhdid edən şəxs yenidən universitetə bərpa olunacaq?
-
Bilgəhdə dənizdə batan gənclər yataqxanada qalırlarmış - Təfərrüat - (Video)
-
"Həddi bir az aşmışıq, üzr istəyirəm" - Rüfət Nasosnu - (Video)
-
Kadir İnanırın mirası açıqlandı
XƏBƏR LENTİ
-
Həftədə 25 saat hosteldə işləyib... Bu ölkədə pulsuz yaşamaq olar
-
“Evdə soğan belə doğramıram” - Aytəkin Mərdanova - (Video)
-
Ərdoğan ABŞ-yə getdi
-
38 yaşlı kişi faciəvi şəkildə öldü - (Video)
-
Tələbələri təhdid edən şəxs yenidən universitetə bərpa olunacaq?
-
"Türkiyənin ən gözəl qadınını istəyən" general Ankara ilə əlaqələr kəsildi
-
Günün qoroskopu: Bütün işlərinizi sürətlə yoluna qoya biləcəksiniz
-
Bilgəhdə dənizdə batan gənclər yataqxanada qalırlarmış - Təfərrüat - (Video)
-
Matçdan öncəki məşq zamanı qorxulu qəza - (Video)
-
"Həddi bir az aşmışıq, üzr istəyirəm" - Rüfət Nasosnu - (Video)
-
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
-
İtaliyada niqab qadağan edilir
-
Zelenski Trampla Nyu-Yorkda görüşlə bağlı razılığa gəlib
-
Kadir İnanırın mirası açıqlandı
-
“Ela” və “Levent” 18 il sonra yenidən bir arada - (Video)
-
Məmmədəli Mehdiyev cüdo üzrə veteranlar arasında dünya çempionu olub
-
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - (Foto)
-
Göygöldə qadın qətlə yetirilib - şübhəli əridir
-
Macarıstanın baş naziri Peter Madyar ictimai tədbirdə hücuma məruz qaldı - (Video)
-
"Sumqayıt" "Kəpəz"lə heç-heçə edib
-
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - (Foto)
-
Madrid debisində “Atletiko” “Real”a qalib gəlib
-
Pakistanda keçmiş baş nazir İmran Xanın bacısı saxlanıldı
-
Alim Qasımovdan tənqidlərə reaksiya: "Üzeyir bizim qardaşımızdır"





