Ölkə

Azərbaycanlılarla əlbir olub saxtakarlıq edən Şri-Lanka vətəndaşları tutuldu - FOTO

7 Fevral 2019 12:28
0 Şərh     Baxış: 1 772
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri davam etdirilir.

DSX-nın Mətbuat mərkəzindən Milli.Az-a verilən məlumata görə, Xidmət əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində son günlərdə dövlət sərhədini pozmağa cəhd edərkən 2 Şri-Lanka, 1 Özbəkistan, 1 Azərbaycan Respublikası vətəndaşı, həmçinin dövlət sərhədinin pozulması ilə əlaqədar cinayətlərin iştirakçısı olan 1 Şri-Lanka və 3 Azərbaycan Respublikası vətəndaşı saxlanılıb. Belə ki:

15 yanvar tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda "Bakı-London" reysi ilə uçmağa hazırlaşan Şri-lanka vətəndaşları 1972-ci il təvəllüdlü Subramaniyam Rasenthiram və 1999-cu il təvəllüdlü Siththirasekaram Panusam sənədlərin rəsmiləşdirilməsi zamanı təqdim etdikləri Böyük Britaniyaya məxsus vizaları saxta olduğundan saxlanılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxta sənədlərin əldə olunması, düzəldilməsi, istifadəsində şübhəli bilinən Şri-Lanka vətəndaşı 1982-ci il təvəllüdlü Sivangnanam Kirusanthan və onunla əlbir olan Azərbaycan vətəndaşları 1986-cı il təvəllüdlü Mövlayev İlqar Dilqəm oğlu, 1983-cü il təvəllüdlü Ağalarov Ramazan Mirtalıb oğlu və 1993-cü il təvəllüdlü Piriyev Şahin Əhmədağa oğlu saxlanılmışlar.

18 yanvar tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Xudat" sərhəd dəstəsinin xidməti ərazisində Qusar rayonunun Samur qəsəbəsinin ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Azərbaycandan Rusiya istiqamətində dövlət sərhədini pozmağa cəhd edərkən Şəmkir rayon sakini 1990-cı il təvəllüdlü Alıoğlu Orxan Famil oğlu sərhəd pozucusu qismində saxlanılıb. 20 yanvar tarixində eyni ərazisindən və eyni istiqamətdə dövlət sərhədini pozmağa cəhd edərkən Özbəkistan vətəndaşı 1951-ci il təvəllüdlü Nurmakhammadov Ramazon Nurmahammad oğlu sərhəd pozucusu qismində saxlanılıb. Hər iki şəxsin üzərində Rüsiya Federasiyasından deportasiya olunması barədə arayışlar aşkarlanıb.

Saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb, müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Zabit Əsgərov
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.